Yuxarı

"Yurd”dan Elçibəyə növbəti hədyan

Əli Kərimlinin trolları mərhum prezidenti hədəfə alıb

"Facebook" sosial şəbəkəsində Kərimli tərəfdarları Elçibəy əleyhinə kampaniyaya başlayıb.Müxtəlif paylaşımlar tərəfimizdən saxlanılır.Amma niyə edirlər, Elçibəydən nə istəyirlər, əsas məsələ budur.Görünür, Kərimli və tərəfdarları sağ ikən etdiklərindən hələ doymayıblar.17 ildən sonra da Elçibəyə xəyanət edirlər. Zatən, illərlə etdikləri xəyanətin davamını...

Xalq hakimiyyətə öz haqlı tələblərini yerinə yetirməyə məcbur edə bilməyəndə müxalifət ümid yerinə çevrilir, ya da çarəsiz insan kütləsinin qarşısında işıqlı qapı kimi açılır.Əlbəttə, bu baxımdan müxalifətin iddiası təkcə hakimiyyəti əldə etmək yox, həm də siyasi hakimiyyət qarşısında xalqın sözçüsü olmaqdır.Əgər müxalifət bu işin öhdəsindən gəlmirsə, yaxud çiyinlərini bu ağır yükün altına verməyi bacarmırsa, onda nə etməli?

Məsələn, arif hacılılar, əli kərimlilər, pənah hüseynlər, araz əlizadələr və digərləri hakimiyyətin mətbəxində bişirdiyi yeməkləri yedikcə şişdilər, şişdilər, adından çıxış etdikləri xalq isə bir dəri, bir sümük qaldı.Həmin insanların hər biri müxalifətçilik və mübarizə dəyərlərinə xəyanət etmiş şəxslərdir (indi başqalarını da günahlandırsalar-müəllif).Elə bu gün də hakimiyyətdəki dəstəkçilərinin verdiyi avtomobilləri sürürlər, hökumətin tanıdığı əlahiddə statusla hərəsi bir partiya, təşkilatla "müxalifət naziri”dir. İqtidarda olan nazirlər qədər yüksək imtiyazlara sahibdirlər.Hər birinin də vəzifəsi eynidir.Hər biri də eyni məsələni ortaya atıb nəbz yoxlayır və təxribata çəkdiyi adamların həbs olunmalarında dəhliz rolunu oynayır.

"Məstəli şah Parisi partladır”

Məsələn, Əli Kərimli AXCP-yə rəhbərlik edib özünü cəmiyyətə "müxalifət lideri” kimi sırıdığı o illərdə nə etdi? Heç nə! Əvəzində Çernışevskisayaq "Nə etməli?”, deyə cavabsız sualın arxasınca boş yerə arzularını səyirdib quru yerdə lüt-üryan qaldı. İndi həmin Əli Kərimli yenə də məqsədə xəyanət edən və özünü "ölkənin yeganə müxalifətçisi” təqdim edən yeganə "siyasi meyit”dir. İllərdir "sillə” ilə üz qızardan "Yurd” sədri Əli Kərimli yenə də xislətindən irəli gələn şakərinə sadiqdir. Ölkənin problemləri qalıb bir tərəfdə, o hansısa saxta profili ilə Azərbaycanın mərhum prezidenti, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyə qarşı olan kinindən yenidən övkələnib.Maraqlıdır ki, Əli Kərimlini müdafiə edən insanlar son zamanlarda daha çox Elçibəy mövzusu ətrafında var-gəl edirlər.Maraqlıdır ki, "Yurd” sədri özü və ətrafı Elçibəydən nə alıb verə bilmir?Bəlkə də bu o məsələdən qaynaqlanan kindir ki, Əli Kərimli hələ də Elçibəyin liderlik kölgəsindən çıxa bilmir və bu kölgədə qara nöqtə kimi görünür.

Şəxsi məqsədlərin xəyanətə çevirdiyi adam

Açıq formada Əli Kərimlini müdafiə edən adamlar sosial şəbəkələrdə Elçibəyi şərləyirlər.Əli Kərimli və adamlarının sözlərindən belə çıxır ki, Əbülfəz Elçibəy hakimiyyətə xəyanət edib.Halbuki Elçibəyin hakimiyyətdə olduğu dönəmlərdə xəyanətkarlar Əli Kərimli və yaxın ətrafında olan adamlar idilər. Həmin şəxslər - "yurdçular” iş bacarmırdılar, verilən tapşırıqları yerinə yetirə bilmirdilər. 

Elçibəy də həmin şəxsləri, elə Əli Kərimlinin özünü iş bacarığı olmadan, təcrübəsi olmadan, xarakteri olmadan qaldırıb dağ başına qoymuşdu. Hətta onu dövlət katibi təyin etmiş, siyasi status vermiş, cəmiyyətə təqdim etmişdi.Amma Əli Kərimli necə ki, Xalq Cəbhəsinin hakimiyyəti dönəmində Elçibəyə qarşı fəaliyyət göstərirdi, bu gün də o xislətindən çıxa bilmir.Bu gün də Elçibəyi satır.Nəzərə alsaq ki, Əli Kərimli Elçibəy vəfat etdikdən bir müddət sonra hakimiyyətin təyinatı ilə Milli Məclisdə mandat yeri aldı, bu gün də həmin və buna oxşar məqsədləri üçün Elçibəyi satır.Dünən mediaya verdiyi açıqlamada Rəhim Qazıyev də Elçibəyi şərləyirdi, olmazın böhtan və yalan sayıqlayırdı.Elə Əli Kərimli və adamları kimi.Sadəcə, Rəhim Qazıyev düşmənliyi açıq aparır, Əli Kərimli gizli.özünün deyə bilmədiyini hansıa məstəlizadələrin diliylə deyir. 

Mənsur





Həftənin ən çox oxunanları