Yuxarı

Restoranlar qiyməti qaldırdı

Restoranlar qiyməti qaldırdı

Toylarımız hər zaman öz dəbdəbəsi, zəngin süfrəsi ilə seçilib

Təəssüf ki, Azərbaycanda "yaxşı toy” düşüncəsi hələ ki, bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca, onlardan gözlənən gəlir də yüksəlir. Orta statistik Azərbaycan ailəsi ayda azı 3, ildə isə 20 dəfə toya gedir. Hər getdiyi toya isə minimum 50 manat ödəyir. Bu zaman orta aylıq əmək haqqı 440 manat olan ailə aylıq gəlirinin 34 faizini toya ödəmiş olur. Onu da nəzərə alaq ki, ölkədə orta aylıq əmək haqqı 440 manat olanların sayı da azdır. Buna görə də əksəriyyət toy dəvətnaməsi alanda sevinə bilmir. Toy edən şəxs isə çəkdiyi xərcin müqabilində çox vaxt borclu qalır. 

Artıq sentyabr ayı yaxınlaşır, toy mövsümü başlayır. Maraqlıdır, görəsən, paytaxt restoranlarında qiymət dəyişikliyi olubmu? Ümumiyyətlə, toy edənlərin sayı azalıbmı? Əlaqə saxladığımız bir neçə şadlıq evinin administratoru da təsdiqlədi ki, qiymətlərdə devalvasiyadan əvvəlki vaxtla müqayisədə fərqlər var. Yəni qiymətlər artıb. 

Qiymət artırmayan restoranlar isə bəzi pulsuz xidmətləri ləğv etmək məcburiyyətində qalıb. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma restoran sahiblərini də hərəkətə gətirib. Menyuda qiymət artımı qaçılmaz olub. Oxucularımıza bir neçə şadlıq sarayının "ceyran belinə qalxan”qiymət siyahısını təqdim edirik:

"Monte Karlo” şadlıq sarayı 

Menyu qiyməti: 55-88-120 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: VİP, Antik və Korona Zal

Ödənişsiz sifarişlər: Video kamera, (HD-PTS), Dəvətnamə, rəqs qrupu (Aş təqdimatı), Çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet
Sifarişlə: Musiqi ansamblı, aparıcı, populyar müğənnilər, şar və zər yağışı, atəşfəşanlıq, bəy-gəlin maşını

"Xəmsə” şadlıq sarayı

Menyu qiyməti: 32-34-50 120 (qonaq sayına və mövsümə görə endirim)
Zallar: Avropa zalı, VİP zalı, Şou zalı, kiçik zal, banket zalları
Ödənişsiz xidmətlər: Musiqi ansamblı, tamada, populyar müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

"Kəmalə Nərmin” şadlıq sarayı

Menyu qiyməti: 28-30-33-35 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Kəmalə zalı, Nərmin Zalı
Ödənişsiz xidmətlər: Musiqi ansamblı, tamada, populyar müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

"Gold Baku” şadlıq sarayı

Menyu qiyməti: 45-50-60-70 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal, kiçik zal
Ödənişsiz xidmət: Musiqi ansamblı, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, özəl hədiyyə paketi.

"Spring Hotel Baku” toy zalı

Menyu qiyməti: 120 AZN (qonaq sayına və mövsümə görə endirim)
Zallar: Toy zalı, kiçik zal, lighthose terrace
Ödənişsiz xidmət: Foyedə bar və furşet
Ödənişli xidmət: Musiqi ansamblı, aparıcı, müğənnilər, videokamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını, dekorasiya.

Neolit restoranı

Menyu qiyməti: 55-60-65 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: "Toy” zalı, "Şərq” zalı, "Antik” zal, "Club 111”, Şou zalı
Sifarişlə: Musiqi ansamblı, populyar müğənnilər, video-çəkiliş (HD/kranla).
Bakı Əyləncə Mərkəzi 

"Lido” restoranı

Menyu qiyməti: 35-40 AZN
Zallar: Böyük zal, kiçik zal
Ödənişsiz servislər: video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

"Sarı gəlin” şadlıq sarayı

Menyu qiyməti: 55-85-130 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal, kiçik zal
Ödənişsiz xidmətlər: video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, tort, şampan şəlaləsi, Foyedə bar və furşet.
Sifarişlli xidmətlər: Musiqi ansamblı, aparıcı, müğənnilər, şar və zər yağışı, atəşfəşanlıq, bəy-gəlin maşını.

"Palma Palace” şadlıq sarayı

Menyu qiyməti: 27-30 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: VİP Zal - 200-500 nəfər, Kiçik Zal - 50-250 nəfər
Ödənişsiz servislər: Musiqi ansamblı, aparıcı, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, beşmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını, dekorasiya.

"Flaminqo” restoran və şadlıq sarayı

Menyu qiyməti: 40-50 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal, Kiçik zal, açıq havada restoran
Ödənişsiz servislər: Musiqi ansamblı, tamada, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

"Oazis” restoran və şadlıq sarayı

Menyu qiyməti: 40-50 AZN qonaq sayına və mövsümə görə endirim)

Zallar: Toy zalı - 200-700 nəfər

"Kral” şadlıq sarayı

Menyu qiyməti: 110-130-150-170 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük Zal
Ödənişsiz servislər: Tort, foyedə bar və furşet
Sifarişlə: Musiqi ansamblı, aparıcı, müğənnilər, video DV CAM (PTS/kranla), dəvətnamə, rəqs qrupu.

"Neptun” şadlıq sarayı

Menyu qiyməti: 40-80 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Toy zalı
Ödənişsiz servislər: Musiqi ansamblı, müğənnilər, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.
Sifarişlə: video kamera (HD/kranla), dəvətnamə.

"Badi Səba” şadlıq şarayıMenyu qiyməti: 30-35 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Toy zalı, Banket zalı, VİP zal
Ödənişsiz servislər: Musiqi ansamblı, üç nəfər populyar müğənni, bəy-gəlin maşını, bəylə-gəlinin banner şəkli, aşın təqdimatı, aparıcı, video kamera, (PTS/DVCam), dəvətnamə, şar yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə furşet.

"Yeganə” şadlıq sarayı

Menyu qiyməti: 55-80-120 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Banket zalı, Xan zalı, Şah zalı, Padişah zalı
Ödənişsiz servislər: Musiqi ansamblı, tamada, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

Xudafərin şadlıq sarayı

Menyu qiyməti: 35-40-45 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Ankara zalı, Təbriz zalı, Araz zalı, Palas zalı, Bakı zalı
Ödənişsiz servislər: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

Su Sonası şadlıq sarayı

Menyu qiyməti: 90 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal
Ödənişsiz sifarişlər: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

"Monte Kristo” restoranı

Menyu qiyməti: 110-130 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Şərq zalı, Qraf zalı
Sifarişlə: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet. 
Gördüyünüz kimi, devalvasiyadan sonra toy biznesi zəifləsə də, restoranlar qiymətlərdə endirim etməyib.Vətəndaşların aylıq gəlirini nəzərə alsaq, demək olar ki, bir çox şadlıq saraylarına yaxın düşmək mümkün deyil. Bizə isə yalnız, "Həmişə şadlıqda!” demək qalır...

Aytən Həsənova





Həftənin ən çox oxunanları