Yuxarı

Sosial şəbəkələrə yüni qaydalar gəlir

Sosial şəbəkələrə yüni qaydalar gəlir

İtaliya Google və Facebook kimi dünya nəhənglərindən vergi almağın bir yolunu tapıb. Belə ki, bu ölkənin yerli şirkətlərindən Google və Facebookda hər reklama görə 6 faiz vergi alınacaq.  Bu İtaliya parlamentindən keçən qanuna görə nəzərdə tutulub. Məlum olduğu kimi Google və Facebook Azərbaycanda da vergi vermədikləri üçün tənqid edilir. Reklam bazarında "Facebook” və "Google” kimi nəhəng resurslar  bu imkanları verir və yerli reklam bazarını əhəmiyyətli dərəcədə ələ alır. Bu mənada Azərbaycan yerli şirkətlərə həmin sosial şəbəkələrdə reklama görə vergi tətbiq edə bilərmi?

Məsələ ilə bağlı İnformasiya və Komunikasiya Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan da bu formanı tətbiq edə bilər:

"Amma bizdə reklam sistemi yaradılıb. Bütün reklamlar mərkəzləşdirilir. Tək sosial şəbəkələrdə deyil, xəbər  və xidməti saytlarında çıxan reklamlar mərkəzləşdirilib bir şirkət tərəfindən tənzimlənəcək. Həmin şirkət tərəfindən də vahid vergi tətbiq olunacaq. Bildiyim qədər bu sistem işlənib hazırlanıb. Hətta istifadəyə də verilib. Sadəcə olaraq reklamların məzmununu redaktə etmək lazımdır. Yəni reklamların məzmununda cəlbedici şəkillər qoyulur ki, bu da bir çox istifadəçiləri narahat edir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda reklam bazarı həmin mərkəzləşdirilmiş sistem tərəfindən idarə olunacaq:

"Azərbaycanda fəaliyyət göstərən bir yerli şirkət əgər istəyirsə, Facebookda, yaxud da xəbər saytlarında reklam yerləşdirsin, onun üçün həmin xəbər saytına deyil, birbaşa mərkəzləşdirlmiş reklam agentliyinə müraciət edəcək. Ora müəyən edilmiş vəsait ödəməklə bütün xəbər saytlarında, sosial şəbəkələrdə çıxan reklamları artıq istifadə edə biləcəklər. Artıq reklam verən öz şəxsi kabineti vasitəsi ilə istənilən hədəf kütləsini seçə, büdcəsinə uyğun reklam yerləşdirə, onun effektivliyini birbaşa ölçə biləcək. Qısa zamanda bu avtomatlaşdırılacaq. Yəni "Facebook" və "Google”da olduğu kimi istənilən şəxs və ya şirkət, hətta həmin agentliklə hər hansı təmasa keçmədən özü plastik kartlarla reklam yerləşdirə biləcək”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları