Yuxarı

İşıq pulu ödəməkdə problem

İşıq pulu ödəməkdə problem

"Azərişıq” abonentləri smart sayğaclara pul yükləyə bilməməkdən şikayətçidir. Yeni quraşdırılan smart sayğacların idarəetmə mexanizmi hələ ki, quraşdırılmayıb. Belə ki, bu sayğaclara pul yükləmək üçün abonentlər mütləq ərazi üzrə elektrik şəbəkəsinə getməlidirlər.  Halbuki rahatlığın təmin olunması üçün müxtəlif tipli ödəmə aparatlarından istifadə edilməsi mümkündür. Abonentlər bununla bağlı narazılıqlarını ifadə edir və problem ciddidir. Abonentlərin sözlərinə görə, smart sayğaclara pul yükləmək üçün "Azəriqaz”da olduğu kimi istənilən ödəmə terminallarından istifadə olunmalıdır. Yəni, bunun mümkün variantları işlənib hazırlanmalıdır. Çünki hər dəfə işıq idarələrinə getmək həm vaxt alır, həm də işi çətinləşdirir. 

Məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Cebhe.info-ya açıqlamasında bunu təsdiqləyib və  deyib ki, aparat yalnız işıq idarələrində qoyulub, yükləmə də oradan həyata keçirlir: 

"Problem yenidir. "Azərenerji”dən bizə təslim veriləndə idarələrdə və poçtlarda ödənilən smart sayğacların tamamilə konfiqurasiyasi dəyişdi. Onlar "Milliön” aparatlarda  qaz pulu kimi ödəyə bilirlər. İndi bu, yeni nəsil sayğaclardır. O sayğacların isə inteqrasiyası hələ keçməyib. Ona görə də müvəqqəti olaraq rayon şöbələrində ödəniş həyata keçirilir. Amma bir müddətdən sonra onlar da "Milliön”a keçəcək. Hazırda Azərbaycanda 200 ədəd "Milliön” aparatı var. Yaxın vaxtlarda isə bu say 700-ə qaldırılmaqla, qazdakı kimi sayğaclara ödəmə tam rahat olacaq. Çünki bu, çox çətin və problemli bir işdir. Hər bir kartda işlənmə kiçik bir aparatın onun içinə daxil edilməsi deməkdir. Bu tamamlanmalıdır, oradakı məlumatlar sayğacın "beyninə” ötürülməlidir. Yenidən o məlumatı gətirib ödəmə sisteminə bərpa etməlidir. Problem müvəqqəti olaraq davam edir”. 

Qurum rəsmisi qeyd edib ki, bir çox ərazilərdə ödəmə ilə əlaqədar ciddi problemlər vardı: "Ödəmə vaxtında olmurdu, ödəmə intizamı həddindən artıq aşağı idi. Ona görə də məsələni həll etmək üçün smart sayğaclar düzüldü, problem də avtomatik həll olunur. Xətlər də təzələnir. Problem kütləvi ola bilməz, fərdi qaydada abonentlərin şikayəti ola bilər. Yaxın vaxtlarda məsələ tamamilə həllini tapacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları