Yuxarı

Sumqayıtda manyak peyda olub

Sumqayıtda manyak peyda olub

Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində azyaşlılara qarşı seksual hərəkətlər edən şəxs peyda olub.

Cebhe.info xəbər verir ki, bu barədə məlumat "Whatsapp” vasitəsilə özünü  28 nömrəli məktəbin müəllimi kimi təqdim edən şəxs tərəfindən yayılıb. 

Səsyazmasında müəllim bildirir ki, 24 saylı orta məktəbin kənarında yeni tikinti gedən hündürmərtəbəli binanın həyətində manyak peyda olub. Bu şəxs əsasən aşağı sinif şagirdlərinə qarşı əxlaqsız hərəkətlər edir. Şəxs azyaşlıları yanına çağıraraq, hansısa məkanı soruşur. Uşaq həmin yeri başa salsa da, bununla razılaşmır və onun vasitəsilə həmin yerə gedilməsini xahiş edir. Beləliklə də şirnikləndirməklə yaxaladığı azyaşlıya qarşı seksual hərəkətlər edir. Səsyazmada müəllim əlavə edir ki, belə bir şəxsin peyda olması barədə məlumatı onlara hüquq-mühafizə orqanları verib və məktəblilərə, eləcə də valideynlərə diqqətli olmaları üçün çağırış edilib. Bildirilib ki, hazırda həmin şəxs axtarılır. 

Qeyd edək ki, "Whatsapp” vasitəsilə həm də şəxsin görüntüləri yayılıb. Şəxs "Lema" uşaq bağçasının arxasındakı hasarın kənarında şübhəli formada dolaşır. 

IFrameIFrame

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları