Yuxarı

Toyuq ətinin ucuzlaşması üçün plan hazırlanıb

Toyuq ətinin ucuzlaşması üçün plan hazırlanıb

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev saytımıza açıqlamasında bildirmişdi ki, toyuq ətinin baha olmasının səbəblərindən biri də quş yemlərinin hamısının xaricdən alınmasıdır. 

Görəsən, yemi xaricdən almağa səbəb nədir? Azərbaycanda yem kifayət qədər istehsal olunmurmu?

Mövzu ilə əlaqədar olaraq Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanovla əlaqə saxladıq. O bildirdi ki, Azərbaycandan xaricdən daha çox yemlər yox, qatqılar alınır.

"Qatqıların alınma səbəbi isə cücələrin tez inkişaf etməsi üçündür. Bunları 45-50 gündən çox cücələrə vermək olmaz. Əks halda, bu ziyan verər. 45-50 gün ərzində bu qatqılar vasitəsilə cücələr 1 kq, 1kq 200 qram çəki alırlar. Qatqılar olmayanda isə onlar  öz çəkisini ala bilmirlər”.

S.Rəhmanov həmçinin bildirib ki, Azərbaycanda yetəri qədər taxıl, arpa, buğda istehsalı var:

"Azərbaycanda taxılın çox hissəsini çörək kimi yox, yem kimi istifadə edirlər. Bu isə taxılın bir o qədər də çörək üçün yararlı olmamasıdır.
Bunu da qeyd edim ki, artıq Azərbaycanda da yerli qatqıların hazırlanması düşünülür. Hesab edirəm ki, bu baş verəcək və xaricdən qatqı almağımıza ehtiyac qalmayacaq”.

Hicranə İsmayılova





Həftənin ən çox oxunanları