Yuxarı

"MTN şefi”nin hotelindən qaçqın düşərgəsinə uzanan yol

"Yurd” sədri Əli Kərimlinin ölkədə və xaricdə oynadığı müxalifətçilik oyununun maddi təminatı ilə bağlı müxətlif mənbələrin adı çəkilir. Əslində bu söhbətlər yeni deyil və Kərimli indiyəqədərki fəaliyyətinə,yaşamına olan maddi dəstəyi dostlarından əldə etdiyini desə də,bu dostların pulunun suyu qurumayan bulaq olmadığı aydındır. Deməli, təkcə "dost yardımı” ilə uzun illər müxalifətçilik oyunu oynayıb ayaqda qalmaq mümkün deyil və bunu elə Kərimlinin yaxın-uzaq ətrafında da yaxşı bilirlər. Maliyyə mənbəyi şəffaf olmayan siyasətçi barəsində isə bütün ittihamlar kifayət qədər real görünür. 

"Pulu verən tütəyi çalır” misalını xatırlayıb bir siyasətçi üçün kimin puluna alınan tütəyin çalınmasının da siyasi imic üçün önəmini xüsusi vurğulamağa da ehtiyac duymuruq. Nə qədər ki, "Yurd” sədri ilə bağlı qaranlıq məqamlar daha da qatılaşacaq, onun və ətrafının ölkədə saf, təmiz, təmənnasız, xalq üçün siyasi mübarizə apardığına inananların sayı da bir əlin barmaqalrından çox olmayacaq. 

"MTN şefi”nin dost köməyi

Ölkədə "MTN işi” ətrafında cərəyan edən hadisələrin hətta ən pik nöqtəsində də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun "müxalif düşərgə”yə dəstəyi müzakirə edilirdi. Belə məsələlərdə sübutlar olmur, onlar ya yox edilir, ya da açıqlanmasına lüzum görülmür. Amma bu, heç də o demək olmur ki, sabiq nazirin ölkədə hər an qarışılıq yaratmaq üçün əlində cəmləşdirməyə çalışdığı və zaman-zaman buna nail olduğu rıçaqlar həm də "Yurd” xəttindən keçməyib. Müxtlif vasitələrlə Əli Kərimli və ətrafının maliyyələşməsində öz "dost köməyini” əsirgəməyən sabiq nazirin bir sözü kifayət edib ki, ölkəyə qarşı hansısa tədbirin pulu ödənilsin. İndi nə Eldar Mahmudov var, nə də onun rəhbərlik etdiyi nazirlik. Amma əlaqələr qalır, "su gələn arxa bir də gələr” düşüncəsi də öz yerində. Məlumatlara görə, indi də Yurd” sədri və ətrafı üçün maliyyə tapmaq deyə bir problem yoxdur, indi vəsait daha çox xaricdəki mənbələrdən gəlir. Bu mənbələr özləri kölgədə qalsalar da, vasitəçilər hələ də ortadadır və gizlənməyə də ehtiyc duymurlar. Xüsusilə, son 1 ildə Almaniyada fəallaşan mühacirlər (oxu: mühacir olmaq istəyənlər) arasında "Yurd” sədrinin dəstək məktubuna bel balayanlarla yanaşı, onun dəstəkçiləri də az deyil. Söhbət siyasi mövqeyin bölüşdürülməsi üzərində qurulan dəstəkdən yox, maraqlar üzərində qurulan dəstəkdən gedir ki, bu yolda da sona qədər birgə addımlamaq çox zaman mümkün olmur.

Xatırlayın, son zamanlar Almaniyada müxtəlif qruplarda təmsil olunan, özünü siyasi mühacir adlandırıb status almağa cəhd edənləri Azərbaycanda olduqları müddətdə siyasi meydanda görmüsünüzmü? Onları nəinki sıravi, siyasətlə maraqlanmayan Azərbaycan vətəndaşları yox, hətta uzun illərini siyasətə həsr edənlər də tanımır. Halbuki, əksəriyyət əlində "Yurd” sədrinin dəstək məktubunu gəzdirir, miqrasiya idarələrində "daşdan keçən sənəd” kimi göstərir, status almaq üçün bu sənədin imzasına bel bağlayırlar. Müvəffəq olanlar da olur, amma heç, də hamısı. Bəziləri isə işini daha da ehtiyatlı tutur, xarici ölkələrdə keçirilən anti-Azərbaycan aksiyalarında boy göstərib bayrağa bürünərək 5-10 nəfərlik aksiyada diqqət mərkəzində olmağa çalışır, təşkilatçı kimi ad çıxarmaq üçün müəyyən qədər pulundan da keçir. Sonda Facebook-da paylaşılan fotolar, xalqa "mübarizə edin” deyə ünvanlanan videomüraciətlər başlayır, sonrakı mərhələ "siyasi mövqeyimə görə mənə, ailəmə təzyiq edilir” oyunu gəlir.Oyunda son mərhələ inandırmaq bacarığına bağlıdır ki, bu da onların oyunçuluq qabiliyyətindən tutmuş tərcüməçilərlə anlaşmaya qədər bir çox məqamlardan asılı olur. 

Keçmiş hotelçi necə "mühacir” oldu? 

Budəfəki "qəhrəmanlar”dan biri də Almaniyada siyasi sığınacaq almaq üçün 2017-ci ildə bu ölkəyə gedən Əliyev Vüqar Həmid oğludur. Siyasi cameədə bu adın kiməsə tanış gələcəyinə inanmıram. Ən azından söhbətləşdiyimiz şəxslərdən kimsə onu tanımadı, siyasi fəaliyyəti barədə xəbərdar olmadılar. Azərbaycanda olduğu müddətdə Xaçmaz mədəniyyət şöbəsində işləyib. Daha sonra hotelçilikdə özünü sınayıb. Xaçmaz rayonu ərazisində yerləşən, keçmiş MTN naziri Eldar Mahmudova məxsus istirahət mərkəzində yerləşən hotelin (ad və hazırda hotelin idarəsinin kimdə olduğu da bizə məlumdur-müəllif ) inzibatçısı kimi işləyib. Həmin hoteldə işləyən zaman qonaqlarla və hotelin yeni sahibilə problem yaşadığı üçün işi ilə vidalaşmalı olub. Sonra isə Almaniyaya gedib.

Mədəniyyət İdarəsindən Kərimlinin vasitəçiliyinə qədər...

2017-ci ildə ölkəni tərk edib və Almaniyaya gedib. Azərbaycanda olduğu müddətdə MTN "şefi”nin müxlaifət əməliyyatlarında rolu olduğu istisna edilmir, amma əsas fəaliyyəti Almaniyaya getdikdən sonra başlayıb. Özünü bu dəfə vasitəçilikdə sınayıb. Bu ölkədə bir-birinin ardınca Azərbaycana qarşı keçirilən tədbirlərdə iştirakçı yox, həm də təşkilatçılıq edib. Xarici ölkələrdəki, xüsusən, azərbaycanlılardan pul toplanmasında xüsusi bacarığının olduğu deyilir. Müxtəlif adlarla toplanan vəsait isə Azərbaycanda özünü "müxalifət” elan edən qrupun maliyyələşməsinə yönəlir. Bura Milli Şura adı ilə xarici ölkələrə edilən səfərlərin və tədbirlərin təşkili də daxildir. Hətta Azərbaycanla bağlı bayram tədbirlərində də pul toplanması işini üzərinə götürən keçmiş hotelçi son Novruz şənliklərində toplanan vəsaitdən özünə də "pay saxlayıb”. Zatən Almaniyada yaşamaq o qədər də ucuz başa gəlmir və sabiq hotel işçisi aza qane olmaq niyyətində görünmür. Toplanan vəsaitin xərcləndiyi ünvanlara gəlincə, burada məhbus ailələri, yardıma ehtiyacı olan müxalifətçilərə yardım, xüsusilə, vurğulanır. Ancaq bir çox hallarda həmin vəsaitin verildiyi iddia edilən şəxslərin nə puldan xəbəri olur, nə də onu toplayanlardan. Yaxşı biznesdir, elə deyilmi? Adama həm status qazandırır, həm də pul...

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları