Yuxarı

"Rəqəmsal alətlərlə gənclərin dayanıqlı inkişaf bacarıqlarının təkmilləşdirilməsi yönündə tədbirlərin təşkili" layihəsi başa çatıb

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliiyləşdirdiyi və "Rəqəmsal İnkişaf" İB-nin həyata keçirdiyi “Rəqəmsal alətlərlə gənclərin dayanıqlı inkişaf bacarıqlarının təkmilləşdirilməsi yönündə tədbirlərin təşkili” layihəsi başa çatıb.

Layihənin məqsədi gənclərin yaradıcı təfəkkürünü rəqəmsal texnologiya və iqtisadi yeniliklərlə uzlaşdırılmasına nail olmaq idi. Layihə çərçivəsində gənclərə sahib olduğu enerjini, potensialı doğru istiqamətə yönəltmək və bundan cəmiyyətin inkişafı üçün səmərəli şəkildə istifadə etmək məqsədilə təlimlər təşkil olunub. Təlimdə rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə edərək, binzes alətlərinin özəllikləri ilə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılmasına dair təşəbüslər həyata keçirilib.

Belə ki, layihə dövründə 4 günlük təlim təşkil olunub. Bu təlimlər ərzində gənclər dəyişikliyi necə tətbiq etməyi və onu necə idarə etməyi , rəqəmsal alətlərdən biznes aləti kimi istifadə etməyi öyrəniblər. Təlimlər zamanı gənclərə dayanıqlı inkişaf haqqında, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb. Təlimdə: Dayanıqlı İqtisadi İnkişaf ; Rəqəmsal alətdən biznes aləti kimi istifadə; Rəqəmsal alətlər vasitəsilə imic analizinin aparılması; Ünsiyyət strategiyası; Rəqəmsal fəaliyyətlərin analizi; Uğurlu idarəçiliyin əsas şərtləri; Vaxtın idarə edilməsi; Təqdimetmə bacarığı haqqında yüksək səviyyədə təlim təşkil olunub.

Təlim sonunda hər bir iştirakçı sertifikatla mükafatlandırılıb Eyn zamanda Layihə müddətində 10 (on) vərəqdən ibarət kiçik kitabçalar təqrtib olunub və çap edilib. Əsaən rəqəmsal alətlərdən biznes aləti kimi istifadə haqqında məlumatlar qeyd olunan kitabçalar universitet tələbələrinə təqdim olunub.