Rasif
Bağırov: "Müəyyən problemlərin
olacağını indidən demək olar”
Gələn il
yanvarın 1-dən etibarən icari tibbi sığortanın tətbiqinin gözlənildiyi bir vaxtda qaydalara
dəyişiklik ediləcək. İcbari Tibbi Sığorta
Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əvvəlcədən açıqlanan qrafik və sığorta
ilə bağlı bəzi qaydaların dəyişilməsinin
təklif edildiyini deyib.
Əsas yenilik odur ki, ölkədə
icbari tibbi sığortanın tətbiqi birdən-birə bütün ölkə
üzrə deyil, mərhələ-mərhələ başlanacaq. Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4
hissəyə bölünəcək. Yanvarın 1-dən tətbiq
ediləcək icbari tibbi sığorta əvvəlcə
ölkənin şimal bölgəsinin 20 rayonundan başlayacaq və hər 3 aydan bir digər
rayonlar da qoşulacaq. "İcğari tibbi sığortanın yanvarın 1-dən etibarən
Azərğaycanın şimal bölgəsində
başlanmasını təklif edirik. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay
sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki
rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu
prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə
2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan
yararlana biləcək".
Bundan
başqa, vətəndaş axınını tənzimləmək və sui-istifadə hallarının qarşısını almaq üçün müştərək maliyyələşmə mexanizmi
tətbiq ediləcək. Belə ki, ölkə üzrə rayonlar qruplaşdırılaraq tibbi ərazi
bölmələrinə ayrılacaq. Hər bir qrupa
6-ya yaxın rayon daxil olacaq və vətəndaşın
bu əraziyə daxil oan istənilən rayonda istədiyi həkimi seçmək hüququ olacaq.
Qeyd edək ki, indiyədək müzakirə olunan variantda vətəndaşın bütün ölkə üzrə
istədiyi xəstəxana və həkimi seçmək hüququnun olacağı
bildirilirdi.
İcbari
tibbi sığortanın tətbiqi, ümumiyyətlə, "Tibbi Sığorta haqqında” qanuna ediləcək əlavə və
dəyişikliklər noyabrın 23-də Milli
Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilib. İclasda
deyilib ki, qanuna 126 əlavə və dəyişikliak ediləcək və bu
yeniliklər o qədər əhəmiyyətlidir ki, 1999-cu ildə qəbul edilmiş qanun tamamilə
dəyişəcək.
İcbari sığortanın niyə əvvəl elan edildiyi kimi, yanvarın 1-dən etibarən bütün ölkə ərazisində deyil, mərhələ-mərhələ tətbiqinin səbəbi hələ açıqlanmasa da, millət vəkillərinin çıxışından məlum olur ki, əsas məsələlərdən biri kadr - həkimlərin işə cəlbidir. Bundan başqa, Azərbaycanda yeni tibb müəssisələrinin inşa edilməsi üçün Dünya Bankı ilə danışıqlar aparılır. "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi üçün qanun layihəsi plenar iclasa tövsiyə edilib. Qaydaların dəyişilməsinin əsas səbəbləri hansılardır? İcbari tibbi sığortanın tətbiqi üçün görülən hazırlıq işləri yetərli deyilmi?
Həkim-terapevt
Rasif Bağırov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi
üçün müəyyən bazanın yaradılmasına ehtiyac var: "Əhalinin
tibbi müayinədən keçilməsi üçün şərait yaradılmalıdır.
Onsuz da əhali daha əvvəl müraciət etmədiyi həkimlərə tibbi sığortaları var deyə, bundan sonra da müraciət
etməyəcək. Əhali yenə də özəl xəstəxanalardakı həkimlərə
müraciət edəcək. Amma burada vətəndaşların qazancı ödənişsiz olaraq
aparatlarlarla müayinədən keçmək olacaq. Eyni zamanda tibbi sığortanın olması əhali üçün cərrahi əməliyyatları daha əlverişli edir. Bunun üçün də, müayinə ocaqlarının sayının artırılmasına ehtiyac var ki, tibbi sığortanın tətbiqindən
sonra müəssisələrdə sıxlıq yaranmasın. Əhalinin
böyük əksəriyyəti MRT, kompüter tomoqrafiya müayinəsindən
keçmək istəyir. Hazırda hansı tibb müəssisəsinə
müraciət edilsə, yalnız ertəsi günə
növbə tutmaq mümkündür. Eləcə də, ürək əməliyyatları,
angeqrafiya və digər proseslər vətəndaşların müəyyən bir qisminin
imkanı xaricində olur. Tibbi sığortanın tətbiqindən sonra isə bu sahələrə kifayət qədər
çox müraciətlərin olması gözlənilir.
Məsələn, ürəyinə stend qoyulası və ya
angeqrafiya olunası hər hansı xəstəni növbəyə yazmaq, ona "6 ay sonra gəl” demək
mümkün deyil. Buna görə də vətəndaşların müraciət etdiyi zaman müayinə olunmaq
imkanı əldə etməsi üçün müəyyən baza yaradılmalıdır”.
Həkim-terapevt
deyir ki, tibbi sığortanın tətbiqi ilə
bağlı Azərbaycanın 4
inzibati bölgəyə bölünməsi də yetərli bazanın
olmaması ilə bağlıdır: "Hesab
edirəm ki, paytaxt Bakının ən son
mərhələyə saxlanılması da bununla əlaqədardır. Bakıda əhali sıxlığı mövcuddur. İlin
sonuna qədər müəyyən bazanın,
tibb müəssisələrinin yaradılması
təmin olunacaq. Çünki belə görünür ki, bu ili ancaq sənədləşdirmə
işlərinə sərf ediblər”.
İcbari
tibbi sığortanın tətbiqindən gözləntilərinə gəlincə, Rasif Bağırov deyir ki, icbari tibbi
sığortanın 100 faiz yüksək
səviyyədə keçirilib-keçirilməyəcəyi məlum deyil: "Biz hələ prosesi tam
bilmirik. Sadəcə olaraq, Azərbaycanda çox şeyin xarici ölkələrdə olduğu kimi həyata keçirilmədiyi nəzərə alınarsa, müəyyən problemlərin olacağını
indidən demək olar. Proses başlayandan sonra nəticələri
görəcəyik. Hansı Azərbaycansayağı müdəxilələrin olacağını gələcək
göstərəcək”.
Xatirə
Nəsirova