Yuxarı

Sahibkarlara şad xəbər: Məhsulu sat, borcunu ödə

Sahibkarlara şad xəbər: Məhsulu sat, borcunu ödə

Sahibkarlara şad xəbər: Məhsulu sat, borcunu ödə

Meyvə və tərəvəz istehsalı ilə məşğul olan 50-ə yaxın istixana rəhbəri ilə Salyan rayon İcra Hakimiyətində görüş təşkil edilib. 

Görüşdə iştirak edənlər arasında "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.

Tədbir zamanı sahibkarlar öz problemlərindən danışıblar və onlar borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.

Maraqlıdır, "Azəriqaz” tərəfindən sahibkarların tələbi ilə bağlı hansı güzəştlər ediləcək?

"Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov Cebhe.info-ya açıqlama verərək bildirib ki, sahibkarlar tənzimləyicilərin yerinin dəyişdirilməsini ona görə istəyirlər ki, tənzimləyici sayğacdan əvvəl qoyulan zaman ona nəzarət və qulluq "Azəriqaz”ın üzərinə düşəcək:

"Tənzimləyici sayğacdan sonra olursa, sonrakı nəzarət işləri və qulluq məsələləri abonentin üzərində olur. İstər sahibkar olsun, istər də vətəndaş, yanaşma bu cürdür. Amma sayğacdan əvvəl qoyulursa, artıq o, "Azəriqaz”ın nəzarətində olur.

Yəni burada elə bir prinsipial bir şey yoxdur. "Azəriqaz” deyir ki, kim dəyişmək istəyir, yerli regional qaz istismar idarəsinə müraciət etsin, çünki oraya "Azəriqaz”ın hesabına tənzimləyicinin dəyişdirilməsi ilə bağlı tapşırıq verildi. Yəni biz onu sahibkarın arzusuna uyğun olaraq dəyişdirəcəyik”. 

Ceyhun Səfərov qeyd edib ki, sahibkarların borcla bağlı problemlərinin həlli üçün də güzəştlər ediləcək:

"İkinci məsələ isə borcla bağlı idi. Bir çoxları borclarına görə müraciət etdilər. Əvvəlki vaxtlardan qalma borcları olan şəxslər vardı. Kiminin 26, kiminin isə 20 minə yaxın borcu vardı. Onlar bildirdilər ki, bu borcları ödəyə bilmirlər və ödəmək üçün onlara yazadək vaxt lazımdır. Məhsul çıxan vaxt ödəyəcəklər. "Azəriqaz”ın baş direktoru onlara istisna hal kimi razılıq verdi, amma bir şərtlə, onlar bundan sonrakı aylar üzrə olan sərfiyyatı adi qaydada ödəyəcəklər. Digər borcları yazda məhsullarını satıb gəlir əldə edən zaman ödəyəcəklər”.

Səyad Həsənli





Həftənin ən çox oxunanları