Yuxarı

300 şəhid vərəsəsi 11 min manatı hələ almayıb - SƏBƏB

300 şəhid vərəsəsi 11 min manatı hələ almayıb - SƏBƏB

300 şəhid vərəsəsi 11 min manatı hələ almayıb - SƏBƏB


Xəbər verildiyi kimi, 2018-ci il aprelin 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə ilə bağlı Prezident İlham Əliyev tərəfindən fərmanı  verilib. 

Nazirliyin mətbuat katibi Fazil Talıblı Cebhe.info-ya açıqlamasında sözügedən hərbi qulluqçuların vərəsələrinin 98%-nə 11000 manat məbləğində birdəfəlik ödəməni aldığını deyib:

"Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli bir nömrəli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən şəhidləriminiz vərəsələrinə 11000 manatlıq birdəfəlik ödəmə ilə təminatı sahəsində ötən il də işlər davam etdirildi. Notariat orqanları tərəfindən vərəsələrdən qəbul edilən sənədlər elektron qaydada nazirliyə göndərildi və həmin sənədlərə baxılaraq ödəmələrin verilməsinə dair qərar qəbul edildi. Şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12268 şəhidin vərəsələrinin 11000 manat məbləğində birdəfəlik ödəmə almaq hüququ olduğu müəyyən edilib. Onlardan artıq 12 minə qədər şəhidin 18 minə qədər vərəsəsinin nazirlik tərəfindən birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icraat səviyyəsi artıq 98%-ə çatıb. Hansı vərəsələr tərəfindən sənədlər notariat qaydada nazirliyə təqdim edilibsə onlar birdəfəlik ödəmə ilə təmin olunublar. Digər şəhidlərin vərəsələri tərəfindən sənədlər notariat qaydada sənədlər nazirliyiə təqdim edildikcə onlara birdəfəlik ödənişlərin verilməsinə dair qərarlar qəbul edilir və ödənişlər həyata keçirilir. Bu prosedurun bitmə zamanı vərəsələrin sənədləri təqdim etməsindən asılıdır. Təxminən 300 şəhidin vərəsəlik sənədləri təqdim olunmayıb. Həmin vərəsələr sənədləri təqdim etməlidirlər ki, ödəniş olunsun. Biz bununla bağlı maarifləndirmə işləri də aparmışıq”. 

Əli Bədir 





Həftənin ən çox oxunanları