Yuxarı

Cəsur eloğlumuzun şərəfli döyüş yolu

Cəsur eloğlumuzun şərəfli döyüş yolu


Cəsur eloğlumuzun şərəfli döyüş yolu
Vətən torpaqları uğrunda bu yurdun çox igidləri can verdi. 

Onlardan biri də 1963-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya göz açan Bahadur Tehran oğlu Həsənovdur. Kəndliləri, doğmaları, yaxınları onu həyat dolu, nəcib əməllərə sahib insan kimi yadda saxlayıb. Vətəni, insanları sevir, düşmənə nifrətə ruhunda böyüyürdü. Doğma Azərbaycanın tərəqqisinə, millətin xoşbəxtliyinə xidmət etməyi özünə ali məqsəd sayan Bahadur Bakı Dənizçilik, daha sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbini başa vurur. Dənizə ilk çıxışı şair "Mirzə Ələkbər Sabir” gəmisində ilə olur. Burada motorçu vəzifəsini icra edir. 

Çox keçmir ki, bacarığı, işinə vicdanlı münasibəti ona hörmət gətirir. Tanıyanlar üçün düzlük, saflıq mücəssəməsi olur. Bahadura sonra gəmidə texnik vəzifəsini tapşırırlar.  "Səməd Vurğun”, "Qara Qarayev” gəmilərində çalışır. Səmərəli, məhsuldar fəaliyyəti diqqət mərkəzində olur. Fədakar əməli fəaliyyəti kollektivdə hamıya ciddi mənəvi stimul verir. Bir sözlə, tutduğu işində vətəninə, xalqına sədaqətlə xidmət göstərir. Ən əsası isə özünün insanlara dəyərli, lazımlı olduğu görəndə bununla ruhən rahatlıq tapır.

Lakin ermənilərin torpaqlarımıza təcavüzü Qafuru daim narahat edirdi. Gənc Qafur qarı düşmənin vətən torpağına təcavüzünə dözə bilmir. İşini qoyub 1993-cü ildə əlinə silah alıb döyüşən cəbhəyə erməni dığalarına qarşı vuruşmağa gedir. İlk ciddi sınaqdan alnıaçıq çıxır. Baş leytenant kimi müharibə meydanında düşmənin həm canlı qüvvəsinə, həm də texnikasına böyük itki verir. Daha sonra cəsarətli, təmkinli, tabeliyində olanlara atalıq qayğısını göstərən komandir Bahadur Füzuli rayonu uğrunda gedən qanlı döyüşdə öndə gedir.  

Bununla bir daha zabitlərin, əsgərlərin gözündə ucalır. Sanki bu igidliyi ilə silahdaşlarına Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı öyrədir. 1995-ci ilin iyunun 14-ü igid Bahadurun son döyüşü olur. Belə k, Füzuli rayonu, Haramı düzü adlanan yerdə növbəti tapşırığı yerinə yetirdiyi yerdə qəfil mina partlayışı zamanı şəhid olur. Bəli, Vətən öz qəhrəman övladları ilə tanınır. Bahadur da canını Vətənə qurban etməklə şərəfli bir ömür yaşadı...

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
cumhuriyyet.biz






Həftənin ən çox oxunanları