Yuxarı

Telefon nömrələrimizi başqasına verənə CƏZA VAR? - Hüquqşünas rəyi

Telefon nömrələrimizi başqasına verənə CƏZA VAR? - Hüquqşünas rəyi

Telefon nömrələrimizi başqasına verənə CƏZA VAR? - Hüquqşünas rəyi


Türkiyəli hüquqşünas Gür Gürsoy mətbuata açıqlamasında telefon nömrələri ilə bağlı yeni qərarın qəbul olunduğunu deyib.

Qanuna əsasən, artıq bir fərdin telefon nömrəsini üçüncü bir şəxsə verənə 2 ildən 4 ilədək həbs cəzası veriləcək. Ona görə də hər kəs kiminsə şəxsi nömrəsini başqasına demədən əvvəl nömrə sahibindən icazə almalıdır.

Maraqlıdır, bu məsələ Azərbaycanda da qanunla tənzimlənirmi?

Vəkil Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, "Fərdi məlumatlar haqqında” Qanunda telefon nömrəsinin şəxsin özündən xəbərsiz başqasına verilməsi barədə qadağa yoxdur:

"Amma həmin qanunda göstərilir ki, məxfi və fərdi məlumatlar verilə bilməz. Fərdi məlumatlarda nömrənin başqa bir şəxsə verilməsi barədə heç bir qeyd yoxdur. Bu qadağan deyil. Ona görə də bizdə belə bir məsələ yarana bilməz. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi düzgün deyil, yəni müasir dünyaya kommunikasiya azadlığına ehtiyac olduğu dövrdə belə bir qanunun qəbulu düzgün olmaz. Əgər müəyyən olunsa ki, fərdin nömrəsi onun mənafeyinə zidd hərəkətlər etmək üçün, şantaj, təhdid edilməsi üçün başqa şəxsə verilir, bu, artıq istənilən ölkədə məsuliyyət yaradır. Yaxud nömrə sayəsində şəxsin yeri müəyyənləşdirilir və ona hər hansı zərər vurulursa, nömrəni verən fərd cinayətin iştirakçısı kimi məsuliyyətə cəlb olunur. Sadəcə, normal səbəblərlə birinin nömrəsini başqasına vermək qadağan deyil”.

Əsabəli Mustafayev qeyd edib ki, həmçinin öz adına nömrə alıb, başqasının istifadəsinə vermək da qadağan deyil:

"Bununla yanaşı şəxsin öz adına nömrə alıb, onu yaxınına, dostuna istifadə etmək üçün verməsi də qadağan deyil. Bu, nömrə sahibinin öz seçimidir. Sadəcə, biz bəzən köhnə vərdişlərlə qərarlar qəbul edirik. Məsələn, bizdə bir fərdin şəxsi maşınını digər bir şəxsə onun sürücülük vəsiqəsi olsa belə, verə bilməz. Halbuki bütün dünyada bu aradan götürülüb. İndi bizdə də etibarnamənin verilməsini sadələşdiriblər. Ümumiyyətlə, etibarnamənin ləğv olunması məsələsi hələ də qalır”.

Səyad Həsənli





Həftənin ən çox oxunanları