Yuxarı

Daha bir deputatdan "Cümhuriyət”və Cebhe.info-ya təbrik: "Çox şərəfli, ləyaqətli yoldasınız”

Daha bir deputatdan

Daha bir deputatdan

Bu gün Cebhe.info xəbər portalının yaranmasının, "Cümhuriyət” qəzetinin nəşrini bərpasının isə 5 ili tamam olur. Bu münasibətlə millət vəkili Vüqar İskəndərov saytın və qəzetin kollektivini təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Cebhe.info portalının əməkdaşları, əziz dostlar, başda Rəfail Becanov olmaqla, sizin hər birinizi 5 yaşınız münasibəti ilə ürəkdən təbrik edirəm. Həm "Cümhuriyət” qəzeti, həm də Cebhe.info xəbər portalı həqiqətən də ölkəmizdə ictimai-siyasi həyatda xüsusi dəsti-xətti var. Artıq bu media qurumu həm operativ xəbər çatdırılma məsələlərində, həm dürüst, qərəzsiz olaraq xəbərlərin verilməsi, məqalələrin çap olunmasında öz yolu, özünəməxsus dəsti-xətti olan platformaya çevrilib. Parlament təmsilçiləri olan bizlərlə də çox yaxşı əlaqələr qurulub. Bir növ deputatların bir səsinə çevrilib. Çünki həqiqətən də bu insanlar ölkəmizin bütün sahələrdə inkişafına tövhə verən insanlardır. Sizin portal və qəzet onun üçün çox yaxşı bir platformadır. Çox gözəl, ikitərəfli, qarşılıqlı əlaqələrimiz var. Mən də öz adımdan sizə yanında bir sıfır olmaqla uzun ömür arzulayıram. Çox şərəfli, ləyaqətli yoldasınız. Bu, uzun, keşməkeşli, amma çox şərəfli yolda hər birinizə çox böyük uğurlar arzu edirəm!”