Yuxarı

Erməni təcavüzünün Azərbaycanın tarixi-mədəni irsinə vurduğu ziyan: Yeni sayt yaradılıb

Erməni təcavüzünün Azərbaycanın tarixi-mədəni irsinə vurduğu ziyan: Yeni sayt yaradılıb

Erməni təcavüzünün Azərbaycanın tarixi-mədəni irsinə vurduğu ziyan: Yeni sayt yaradılıb

"Vəfa” Ziyalı Qadınlar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə növbəti layihəni icra edir.

"İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların maddi mədəniyyət abidələrinin və toponimlərinin saxtalaşdırılmasına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihəni icra edən təşkilatın təsisçisi və sədri Əsmayə Cavadova, layihənin rəhbəri Səbinə Qəhrəmanovadır.

Layihə şərçivəsində https://ngoccupiedculture.az/ veb-saytı da yaradılıb.

Veb-saytın yaradılmasının əsas məqsədi Ermənistan tərəfinin Azərbaycana qarşı 30 ilə yaxın bir müddətdə yürütdüyü təcavüzkarlıq siyasətini, Azrbaycan topraqlarında saxta dövlət yaratmaq istəyini, bunun bizim və ümumilikdə bəşəriyyət üçün acı nəticələrini ictimaiyyətə çatdırmaqdır. Veb-saytda Dağlıq Qarabağ və ətraf yeddi rayonda ermənilər tərəfindən tarixi abidələrimizin tamamilə dağıdılması, tariximizin saxtalaşdırılaraq erməniləşdirilməsi, yer adlarımızın təhrif olunması, dəyişdirilməsi və ya yox edilməsinə dair bir çox faktlar yer alıb.

Saytda yer alan məqalələrdə bu məlumatlarla bərabər, həm də Azərbaycanın dinc əhalisinə və onların yaşayış yerlərinə edilmiş insanlığa sığmayan vandalizm aktları barədə informasiyaya yer verilib.

Veb-sayt aşağıdakı struktura malikdir:

1. Ana səhifə
2. Haqqımızda
3. Ərazilərimiz
4. Abidələrimiz
5. Toponimlər
6. Qalereya

Hər bölmədə mövzuya uyğun olaraq tarixi həqiqətlər, ermənilərin təcavüz siyasətini əks etdirən materiallar yerləşdirilib.

Orucəli Seyidquliyev tərəfindən hazırlanan saytda yer alan məqalələr Dağlıq Qarabağ və ətraf rayonların işğalı dövründə müxtəlif mənbələrdən əldə edilib və tamamilə tarixi faktlara istinad olunur.

Azərbaycanın 27 sentyabrda Ermənistanın bütün cəbhə boyu təxribatına cavab olaraq başlatdığı uğurlu əks-həmlə əməliyyatı, torpaqlarımızın işğaldan azad edilməsi, 10 noyabr 2020-ci il tarixli qələbəsi ilə əlaqədar saytda mütəmadi yenilənmələrin aparılması nəzərdə tutulur.

Ümumilikdə sayt Ermənistanın dövlət siyasətinə çevirdiyi təcavüzkarlıq aktları, bunun Azərbaycanın tarixi-mədəni irsinə vurduğu ziyanla bağlı informasiya əldə edilməsində etibarlı resurslardan biri hesab oluna bilər.

Məhz bu məqamlar nəzərə alınaraq hazırda təşkilatın qarşısında duran əsas məsələlərdən biri saytın təhlükəsizliyinin təmin edilməsidir. Məlumdur ki, veb-sayt Ermənistan tərəfinin müxtəlif formalarda tarixi Azərbaycan ərazilərindəki yaşayış məskənlərinə, abidələrə və yer adlarına qarşı vandalizm faktlarını dünyaya çatdırmağı hədəfləyir. Bu səbəbdən də saytın qarşı tərəfdən kiberhücumlara məruz qalacağı istisna deyil. Bu cür halların qarşısının vaxtında, "content itkisi” və ya təhrifi olmadan alınması təşkil olunmalı, məsələ daim mütəxəssis tərəfindən diqqətdə saxlanılmalı, peşəkar şirkətlərin və ya şəxslərin mütəmadi texniki dəstəyi təmin olunmalıdır.

Saytdakı materiallarla bu linkdən tanış ola bilərsiniz. https://ngoccupiedculture.az/





Həftənin ən çox oxunanları