Yuxarı

Baş redaktor: "Status məsələsi bitib”

Baş redaktor:

Baş redaktor:

"Müharibənin aktiv mərhələsi dayandırılır. Azərbaycan bir neçə məqama görə ciddi üstünlük qazanır”.

Bunu Cebhe.info və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib. Baş redaktor Azərbaycann qazandığı üstünlükləri sadalayıb:

- Təkcə Qarabağda deyil, Qazaxdan işğal edilmiş ərazilər də qaytarılacaq;
-İmzalanan sənəddə Qarabağın xüsusi statusu ilə bağlı hər hansı bir şərt və ya öhdəlik yoxdur;
- Naxçıvanla nəqliyyat dəhlizi bərpa olunur;
- Çox yaxın müddət ərzində Kəlbəcər və Laçın qaytarılır;
- İşğaldan azad etdiyimiz ərazilər birmənalı olaraq, bizim yuridiksiyamızdadır;
-Dağlıq Qarabağ bütün mənalarda bizim nəzarətimizdədir və bütün siyasi-hüquqi səlahiyyətlərə malikik;
- Ermənistanın daxilində ciddi təlatümlər baş qaldıracaq və hətta Paşinyanın istefası qaçılmazdır;
- Paşinyanın istefası olsa da-olmasa da, Ermənistanda vətəndaş müharibəsi gözlənilir”.

Baş redaktor hesab edir ki, beləliklə, 30 illik işğaldan sonra uğurla müharibənin aktiv mərhələsini dayandırırıq:

"Ən həssas məsələ Qarabağın statusu idi. Lakin bu sənəddə heç bir şəkildə bu məsələ hallanmır. Status məsələsi bitib. Azərbaycanda yaşayan digər xalqlar kimi ermənilər də istərlərsə, bizim vətəndaş kimi, heç bir xüsusi statusa malik olmadan yaşaya bilərlər”.





Həftənin ən çox oxunanları