Yuxarı

Avropa svlizasiyası təhlükə qarşısında

Avropa svlizasiyası təhlükə qarşısında

qacqin Mühacirlər şəhər mədəniyyətini məhv edir Avropa, ölkəyə üz tutan qaçqınları qəbul etmir. Buna baxmayaraq mühacirliyi qəbul olunmayan ölkə vətəndaşlarının sayı sürətlə artır. Bu isə humanitar fəlakətə yol açmaqla yanaşı, Avropa mədəniyyətinin sıradan çıxmasına gətirib çıxarır. Eyni zamanda yerli əhali ilə mühacirlər arasında çaxnaşma yaranır. Aparılan siyasi və sosial araşdırmalar da göstərir ki, insanlar tək müharibələrdən, aclıqdan, səfalətdən yox, eyni zamanda yüksək həyat yaşamaq məqsədi ilə Avropaya üz tuturlar.   Urbanizasiya şəhər mədəniyyətinin məhvi deməkdir. Əyalət adamları kütləvi şəkildə şəhərə axın edirsə, bu, o ölkənin mədəniyyətini, qanunlarının pozulmasına gətirib çıxarır. Bir şəxsin köçdüyü ölkənin mədəniyyətini qəbul etməsi və o şərtlərə uyğunlaşması asandır. Belə ki, əgər əyalətdən bir nəfər gəlirsə və o mühitdə yaşaya-yaşaya oranın mədəniyyətinin, qanunlarının öyrənirsə, bu, o ölkənin qabarıq problemi kimi görünmür. Amma o şəxslər ki, ailəsi və qohumları ilə birlikdə gəlir, onlar nəinki dəyişməyə meylli olurlar, hətta öz kültürlərini yaşadığı yerdə tətbiq etməyə başlayır. Hazırda sivlizasiyanın mərkəzi Avropadır. Kütləvi axın səbəbindən mədəniyyətin itməsi həyacan təbili çalır. Bu nöqteyi-nəzərdən görəsən avropalıları anlamaq lazımdırmı? “Cumhuriyət” qəzeti məsələ ilə əlaqədar sosioloq Əhməd Qəşəmoğlu və Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloqu Elnur Rüstəmovun fikirlərini öyrənib. Əhməd Qəşəmoğlu bildirib ki, avropalıları başa düşmək lazımdır: “Özümüzü qoyaq onların yerinə. Bakıya qaçın və məcburi köçkünlər gələndə yerli əhali arasında onlara qarşı sevgi, məhəbbətlə yanaşmaq müşahidə olunurdusa, müəyyən bir nigarançılıq da yaranmışdı. Doğurdan da o qaçqın və məcburi köçkünlər gələndən sonra Bakının infrastrukturunda müəyyən dəyişikliklər oldu. Hətta bəzən insanlarda da aqressiyası müşahidə olunurdu. Məsələyə digər tərəfdən yanaşsaq Avropa təkcə özünün deyil. O, bütün yer üzünündür, həm də bizimdir. Yer üzünün sakit bir məkan var idi. İnsanlar gedib oranın mədəniyyətindən nümunə götürürdülər. İndi siyasətçilərin apardıqları səhv siyasət nəticəsində yer üzünün həmin sakit məkanı qarışıb”. Əhməd Qəşəmoğlu bu prosesin tək Avropada yox, başqa ölkələrdə də getdiyini vurğulayıb: “Artıq gözəl hesab etdiyimiz həmin Fransa yoxdur. Əhalinin yarısı qaradərililərdir. Eləcə də Almaniya. Gedirsən Köln şəhərinə, baxırsan şəhərin yarısı türklərdir. Bütün restoran, kafelərin adı türk adlarıdır. Yer üzü ilə yanaşı biz də sakit bir məkanı itiririk. Yerli əhali də bunun fərqindədir. Dəfələrlə xaricdən olan müxtəlif elm adamları, professorlarla söhbətim zamanı öz siyyasətçilərini günahlandırdıqlarının şahidi olmuşam. Avropaya köçüb gedənlər arasında sərgüzəştçilər və fürsətçilər var. O insanların çoxu Avropa haqqında eşidirlər,əllərinə düşən ilk fürsədə ora can atırlar. Nə yə görə Serbiyaya gedən yoxdur? Çünki Serbiyakasıb bir ölkədir. Vaxtı ilə NATO qoşunlarının hücumu nəticəsində şəhərin bütün binaları, küçələri darmadağın edib. Miqrantlar kasıb ölkələrə üz tutmurlar. Hər zaman adı təriflənən, təbliğ olunan ölkələrə üz tutmağa meylli olurlar. Belə insanlarda ilk məqsəd yaşamaq, özünü xilas etmək olmur. Qonşu ölkəyə də qaça bilərlər. Amma əlinə fürsət düşmüşkən Almaniyaya gedir. Eşidir ki, Almaniyada qaçqınlara öz ölkəsində ala bilmədiyi maaşdan  qat-qat artıq pul verirlər. Onların arasında oğruları da olur, doğruları da. Özümüzə sual verək. İstərdikmi Bakıya 50 min çinli gəlsin? Təbii ki, istəmərik. İndi hamısı səhv siyasətin qurbanı olub. Avropanın öz politoloqları öz siyasətçilərini söyür. Suriyanın başına bu oyunu niyə açırdılar ki, onlar da Avropa qaçsınlar?! Əgər əhali artımından qorxurlarsa, başqa bir siyasət yürütmək lazım idi.Avropalıları ən çox qorxudan şey, müsəlman ölkələrindəəhalinin artmasıdır.Amma artan həmin əhalini aparıb savad versələr, azalmağa başlayır. Bomba tökmək əvəzinə aparıb ora kitab tökmək lazımdır. İnsanlar gecə-gündüz maariflənəcək, bundan sonra 7 uşaq yox, 1 və ya 2 uşaq dünyaya gətirəcək. Yəni dünyada gedən prosesləri daha sivil yollarla tənzimləmək olardı. Avropa fəlsəfəsi, siyasəti səhv yoldadır. Yer üzünü və özlərini pis gündə qoyublar”. Psixoloq Elnur Rüstəmovun məsələyə münasibəti birmənalı olmadı. O, burda məsələnin psixoloji tərəfindən çox, siyasi tərəflərinin olduğunu bildirib: “Avropanı başa düşmək olar, amma ona haqq qazandırmaq olmaz. Bu miqrant məsələsinin böyüməsində dolaysı ilə Avropa təsiri var. O miqrantlar hansı dövlətdən köçüb, o dövlətlərdə dolaşıqlığı, xaosu salan kimdir? Bu, Avropanın özüdür. Sadəcə Avropa,miqrant axınının olacağını, onların şərq mədəniyyətini özləri ilə gətirmələrini, yerli əhali ilə uyğunlaşmaq kimi çətinliyi, eləcə də onların qalmaq problemi ilə üzləşəcəyini gözləmirdi. Onlar fərqli psixologiyada olan insanlardır. O insanlar o qədər psixoloji travma yaşayırlar ki, o mühitə adaptasiya olmaqda çətinlik çəkirlər. Onlardan durub mədəniyyət və doğru rəftar gözləmək absurddur. Əlbəttə, Avropa bununla uzun müddət mücadilə aparmalı olacaq. Bu prosesdə sülhün olması daha çox vacibdir. Avropanı başa düşmək olar ki, bu qədər insanı qəbul etmək onların mədəniyyətinə, dövlət strukturuna təsir göstərir. Amma elə şərait yaradılmalı idi ki, bu insanlar ora üz tutmazdılar”. Elnur Rüstəmovun fikirlərinə görə, bu gün baş verən proseslərin günahkarı Avropadır: “Şərq ölkələrinin idarəetmə modeli ilə, Qərb modeli eyni deyil. Bu miqrantların hamısı da Şərq ölkələrindən gedir. Dolaşıqlığı salanlar isə qərb ölkələridir.İnsanda güc ola bilər, ancaq bu həyatın da bir nizamı var. İnsan yüz şey fikirləşə bilər, amma həyat elə bir şey ortaya qoyar ki, ondan qaça bilmərsən. Əgər mahiyyətinə varsaq, bəli Avropada maaş yüksəkdir. Tutaq ki, Avropada işçiyə 1500-2000 avro maaş verilir. Ancaq onun müqabilində əhalidən kommunal və digər xərclərdə o pulu yığır. İqtisadi məsələlər elə sistemdə formalaşdırılıb ki, verilən məbləğin çox az hissəsi əhalidə qalır. Azərbaycanda ictimai nəqliyyat 20 qəpikdir. Avropada 20 qəpiklik ictimai nəqliyyat varmı? Yoxdur. Başqa ölkələrdən Avropaya gedənlərdən hər gün minimum 5 avro pul alırlar ki, sən burda nəfəs alırsan. Nədənsə müqaisə edəndə yalnız bir aspekti götürürük. Azərbaycanda da elə şey var ki, heç Avropada o yoxdur”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları