Yuxarı

Amerika “B” planını işə salır - Rusiya etnik münaqişələr ocağına çevriləcək

Amerika “B” planını işə salır - Rusiya etnik münaqişələr ocağına çevriləcək

[caption id="attachment_481" align="alignleft" width="353"]tofig Abbasov Tofiq Abbasov: “Qərb dünyası Rusiyanın daxilində dağıdıcı meylləri gücləndirməkdən ötrü çalışır”[/caption] Tatarıstanın paytaxtı Kazanda tatarlar mitinq keçiriblər. Mitinqdə Tatarıstana müstəqillik tələb olunub və bu istiqamətdə şüarlar səəsləndiriblər. İndiki məqamda bu mitinqin təşkil olunması təsadüfə oxşamır. Rusiya Suriyaya hərbi müdaxilə etməsi Qərbdə şok effekti verdi və bir çox ekspertlər düşünürlər ki, Amerika başda olmaqla Qərb Rusiya ilə Suriyada hərbi toqquşmaya getməyəcək. Yenə də Putin hakimiyyətini dəyişməyə çalışacaqlar, bu, baş tutmadıqda isə “B” planı Rusiyada etnik münaqişələrı qızışdırmaqla SSRİ variantına əl atacaqlar. Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanda etnik münaqişə ocaqları yaratmaqla, bunlar azmış kimi, Abxaziya və Osetiyanın müstəqilliyini tanımaqla əslində uzaq perspektiv üçün  rəqibinə “kozır”  vermiş oldu. Abxaziya və Osetiya kimi kiçik ərazilərin dövlət kimi tanınması mümkün olduğu halda niyə görə, Tatarıstan, Başqırtıstan, Çeçenistan kimi onlardan dəfələrlə böyük və müstəqil dövlət kimi yaşamaq potensialına malik ölkələr azad olmasınlar? Rusiyanın etnik münaqişələrdən sığortalanmadığına əmin olmaq üçün yaxın keçmişimizə nəzər salmağımız kifayət edər. 1990-cu illərin əvvəllərində Şimali Qafqazda çeçen üsyanından başqa “özünütəyinetmə, hətta ayrılma” ideyalarına istinad edən digər etnomilli hərəkatlar da var idi. Bu arada Qafqaz xalqları təkcə Rusiyadan deyil, bu və ya digər etnik qrupların nümayəndələrinin də daxil olduğu respublikalardan da ayrılma layihələrini irəli sürürdü. Maraqlıdır ki, 1991-ci ildə təkcə Qaraçay-Çərkəz ərazisində 5 respublika (Qaraçay Respublikası, Çərkəz Respublikası, Abaza Respublikası, Batalpaşin Kazak Respublikası, Zelençuk-Urup Kazak Respublikası) elan olunub. ABŞ və onun Qərbdəki müttəfiqləri rus imperiyasını parçalamağın yolunu yaxşı bilirlər. Etnik münaqişələrin imperiyanı parçalayacaq virus olduğunu hər kəs bilir. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində SSRİ məhz etnik münaşilərlə dağıldı. Yuqoslaviya milli zəmində qarşıdurmaların güdazına getdi. Rusiya da çoxmillətli dövlətdir. Bu gün Rusiyada 30 milyon müsəlman, türk, və digər xalqların nümayəndələri ölkənin hər yerində var. Qərb texnoloqları onu da yaxşı bilirlər ki, Rusiyada etnik münaqişə alovlansa, bunun fəsadları çox ağır olacaq. Rusların qafqazlılarla münaqişəsi bəribaşdan fəlakət vəd edir. Bir çox ekspertlər dəfələrlə bildirblər ki, gec-tez Rusiya Uraldan Şərqdəki torpaqlarından imtina etmək zorunda qalacaq. Moskva ətrafı ilə (Mərkəzi Rusiya) ilə kifayətlənməlidir… Politoloq Tofiq Abbasov isə “Cumhuriyət”ə açıqlamasında deyib ki, əslində bu problem yeni deyil. Onun fikrincə, Volqa çayı boyunca yaşayan tatarlar, başqırtlar arasında müstəqillik ideyası uzun illərdir ki, yaşayır: “Milli oyanış Rusiya nüsəlmanlarında məhz həmin Volqa boyu bölgəsində güclənməkdədir. Lakin həmin bölgənin anklav şəkilində olması çox böyük maneələr yaradır. Müstəqillik ideyası ölməz qalacaq. Lakin onun gerçəkləşməsi üçün güclü geosiyasi transformasiyalara ehtiyac duyulur. Lazımdır ki, Rusiyanın daxilində müəyyən dəyişikliklər baş versin. İlk nölvbədə, ölkə daxilində demiokratik proseslərin güclənməsi lazımdır. Digər xalq hərəkətləri də var ki, elə müsəlmanlar toplumların seçdiyi yolla getmək istəyirlər”. Politoloqun sözlərinə görə, ancaq razılaşmaq lazımdır ki, mərkəz heç vaxt belə hərəkətlərin inkişafına imkan verməyəcək: “Ona görə də Tatarstan, Başkırtıstan və s. respublikalarda milli dilin istifadə arealını artırmağa, mədəni irsin təbliğatına diqqəti artırmaq vacibdir. Tarixi məqam yetişənə qədər mədəni sahədə millli ideyanı həmişə gündəmdə saxlamağa çalışmaq vacib rol oynayacaq”. Tofiq Abbasov bildirdi ki, Qərb dünyası Amerika başda olmaqla Rusiyanın daxilində dağıdıcı meyilləri gücləndirməkdən ötrü şübhəsiz çalışır və çalışacaq da: “Lakin kənar qüvvələrin milli hərəkatlar həddindən artıq müdaxiləsi və ya dəstək verməsi prosesi qəlizləşdirib fəsadlar törədə bilər. Belə olduqda milli hərəkatın özəyi güclü əks-təsirlə qarşılaşa bilər ki, bu da gələcək planları alt-üst edə bilər. Ən münasib strategiya ondan ibarətdir ki, milli hərəkatların önündə gedən qrup və simalar adekvat metodologiya əsasında işləri aparsınlar və təhlükəli texnologiyaların işlənməsindən uzaq olsunlar. İndi onların vaxtı deyil”. Qeyd edək ki, Rusiya daxilində etnik qarşıdurmaların baş verməsinin kütləvi hal almasından sonra RF-nın müxtəlif dövlətlərə parçalanmasını dünyanın gündəminə gətirən məhz seçkiqabağı ABŞ-dakı Barak Obama hakimyyətinin ruslara qarşı yönəlmiş siyasətidir. Ekspertlər hesab edirlər ki, bunun da əsas səbəbi ölkədəki milli azlıqları qızışdırmaqla Amerikanın Rusiya daxilində qarışıqlıq yaratmaq istəyidir. Ən azından ABŞ kimi fantastik inkişafa nail olmuş Amerika özündən şərqdə yeni qüdrətli dövlətin olmasını istəmir. Rusiyanın Suriyaya hərbi müdaxiləsi isə bu planın işə düşmə ehtimallarını gücləndirir... Cavad





Həftənin ən çox oxunanları