Yuxarı

Yüzillik erməni yalanı bitdi

Yüzillik erməni yalanı bitdi

turkler Avropa İnsan Hüquqları Məhkəməsi gerçəkləri qəbul etdi   “Erməni soyqırımı” imperializmin yalanıdır. Bunu dünya da bilir, erməni də, biz də. Amma bu gerçəyi illərdir dünyaya sübut edə bilmirik. Çünki “erməni soyqırımı” adı imperializmin maşasıdır və bütün atəşlər bu cür maşalarla götürülür. Qərbin planlarına görə Türkiyə Ermənistana təzminat ödəməli və torpaq verməlidir. Bundan sonra heç şübhəsiz yunan, yəhudi və kürdlərdən torpaq tələbləri səslənəcəkdi. 27 may 1915-də Osmanlı dövlətinin erməniləri Şərq bölgələrindən başqa bölgələrə köçürülməsinə dair qərarı imzalayan daxili işlər naziri Tələt Paşa 16 mart 1921-ci ildə Berlində terrorçu Tələryan tərəfindən qətlə yetirildi.   Və bununla da, Türkiyənin üzərinə bir qara ləkə çəkilməsi planı, bir əsrlik 24 aprel oyunları başladı. Ötən əsrin 60-cı illərindən ta indiyədək aparılan bütün araşdırmalar, tədqiqatlar havada qalır, hər il aprelin 24-də dünyanın gözü Amerika prezidentinə dikilir. O isə nə Türkiyəni, nə də erməniləri özündən incik salmaq istəmir. Əslində isə ABŞ prezidentinin ağız sürüyərək işlətdiyi “böyük faciə” falan sözündən nə ermənilər, nə də türklər razı qalmırdı.   2002-ci ildə professor Yusif Halaçoğlunun başçılıq etdiyi Türk Tarix Qurumu olmuşdu. Qurum, “soyqırım” iddialarına qarşı Türk ictimaiyyətini bilgiləndirmək və iddialara qarşı, imkanlar əl verdikcə, xarici platformalarda mübarizə aparmaq vəzifəsini öz üzərinə götürmüşdü. 2002-ci ilin sentyabrında Türk Tarix Qurumu “erməni masası” müdiri, professor Hikmət Özdəmirin “Bizim nəslimiz “soyqırım” böhtanları və erməni terrorçularının diplomatlarımızı şəhid etməsinin intiqamını ciddi şəkildə alacaqdır” sözləri Türkiyənin içindəki sakitliyi çalxaladı, Yusif Halaçoğlu 2004-cü ildə İsveçrədə “soyqırım” iddialarının həqiqəti əks etdirmədiyini dilə gətirəndə İsveçrə onun haqqında da təhqiqata başlamış və “ölkəyə gəlməsi durumunda həbs ediləcəyini” elan etmişdi.   Türkiyənin bütün arxivlərinin açıq olduğunu, daşnakların Bostondakı arxivlərinin açılması üçün 20 milyon dollar verməyə hazır olduğunu bəyan etdi.   13 aprel 2005-də xarici işlər naziri Abdullah Gül Məclisdəki 30 dəqiqəlik çıxışında Türkiyənin məsələyə baxışını qəti şəkildə ortaya qoydu: “Atalarımız “soyqırım” yapmamışdır. Türkiyə bu böhtanlara baş əyməyəcəkdir. Bundan sonrakı mərhələdə böhtanların 100-cü ilinə hazırlaşmaq əsas vəzifəmiz olmalıdır”.   Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaş Türkiyənin siyasət, elm, diplomatiya dairələrinin bir qrup önəmli adamıyla 22-23 iyulda İsveçrənin Lozanna şəhərində bir araya gələrək, Türkiyə Cümhuriyyətinin quruluş sənədi olan Lozanna sazişinin imzalanmasının 92-ci ilini orada mitinq və konfranslarla qeyd edəcəkdi. Mitinqlərin birində İşçi Partiyasının lideri Doğu Perinçək “Erməni soyqırım”ı beynəlxalq yalandır!” - deyə hayqıraraq İsveçrənin “erməni soyqırımı” olmamışdır” - deyənlər cəzalandırılır” - məzmunundakı qanununu heçə saymışdı. İsveçrənin Perinçəki polis nəzarətinə alması, xarici işlər naziri Gülün müdaxiləsilə sərbəst buraxsa da, ifadəsini alaraq istintaqa cəlb etməsi “soyqırım” iddialarına qarşı Avropa və ABŞ-da təşkilatlı mübarizənin vacibliyini ortaya çıxarmışdı.   22 yanvar 2006-da “Pera palas” otelində Tələt Paşa komitəsinin təsis toplantısı keçirilir. Toplantıya Rauf Denktaş sədrlik edir. Məqsəd Türkiyənin haqlı mövqeyini dünyaya çatdırmaq üçün Tələt Paşa komitəsi sıralarında əlbir fəaliyyət göstərmək, Avropadakı türkləri təşkilatlandırmaq, Doğu Perinçəkin dediyi kimi, Türkiyəyə böhtan atan ölkələri “qəlbindən vurmaq” idi. Bundan sonra Tələt Paşa komitəsi, eyni dəstəkdən istifadə edərək, Doğu Perinçəkin oğlu Məhmət Perinçəki Rusiya arxivlərində işləməyə göndərdi. Bu arada qeyd edim ki, Bakıda dəfələrlə görüşdüyüm və Azərbaycan mətbuatına müsahibəsini verdiyim Mehmet bəy Moskvanın Hərbi arxivində çox önəmli sənədlər tapmış, onu bir neçə dildə kitab şəklində çap etdirmişdi. Doğu Perinçek isə o zaman Türkiyə təmsilçimiz Mayis Əlizadəyə mətbuat üçün verdiyi müsahibədə: “Azərbaycana müraciət edirəm; bu mübarizəni birgə aparaq. Ermənilərin ağlı olsa, Qarabağı bir an əvvəl tərk edərlər, onsuz da biz onları oradan çıxaracağıq” deyə mesaj verdi. Azərbaycandan isə həmin müraciətə heç vaxt ciddi bir cavab gəlmədi.   Komitə çalışmalarını davam etdirərkən sıxıntılı dönəm 2007-ci ilin martında Perinçəkin İsveçrədəki məhkəmədə 3 ay cəza almasından sonra başladı. Başda Rauf Denktaş olmaqla, Tələt Paşa Komitəsinin idarəçiləri və tanınmış üzvləri Perinçəkə dəstək üçün Lozannaya getdilər. 2007-ci ilin dekabrında Taksimdəki “The Marmara” otelində keçirilən qapalı toplantıdan əvvəl Rauf Dənktaş Qarabağı işğaldan necə azad edəcəyimizə dair sualıma “Gənclərə Qarabağı unutdurmayın, onlar Qarabağı unudarsa, xilas etmək çox çətinləşər. Azərbaycan gəncliyi Qarabağı azad etmək üçün daim hazır vəziyyətdə olmalıdır” şəklində cavab vermişdi.   Nə yazıq, nə yazıq ki, 10 il Moskvada araşadırmalar aparan, böyük nailiyyətlərə imza atan Mehmet Perinçek “ergenekoncu” adı ilə həbs edildi. Üzərinə qoyulan ittihamnamənin adını olduğu kimi yazıram: “Ermənilərin milli qürur və heysiyyətini incidərək “Ergenekon” terror təşkilatının təbliğatını aparmaq”. Türkiyədə “erməni soyqırımı” olmamışdır” demək suç sayılacaq” şəklində həm faciəli, həm də ironik bəyanata imza atırdı. Həbsdən çıxan Perinçəkin isə ilk mesajı “həmişəki qərarlılığımızdan zərrə qədər güzəştə getməyəcək, erməniləri Qarabağdan çıxaracağıq” deyə vurğulamışdı.   Tələt Paşa Komitəsi AİHM Böyük Palatasının son hökmünün 24 apreldən əvvəl çıxmasını istəyir və gözləyirdi. Doğu Perinçək deyirdi ki, bu, 24 aprel ərəfəsində “soyqırımı” müdafiə edənlərə ən yaxşı cavab olacaqdır. Komitə bundan sonrakı dönəmdə “soyqırım” qərarı qəbul etmiş ölkələrin (Cənubi Amerika, Rusiya kimi) parlamentlərinin o qərarları ləğv etmələri üçün çalışılacaq. Yəni, “Mübarizə bu gün də var, yarın da”.   “Soyqırım” böhtanlarına qarşı dünya miqyasında ən təsirli siyasi və hüquqi mübarizəni aparan Tələt Paşa komitəsinin 10-cu ilində gəldiyi nöqtə milli dəyərlərinə inanan bir təşkilatın istənilən şərtlərdə qələbəyə nail ola biləcəyinin sübutudur.   Demək olar ki, yüzillik imperializm yalanı bitdi. Avropa İnsan Hüquqları Məhkəməsi gerçəklər qarşısında mat vəziyyətinə düşdü. Bu gün biz Avropa Məhkəməsinə minnətdar deyilik, əlahəzrət gerçəyə və bu gerçəkləri dünyaya qəbul etdirməyi bacaran Təlşət Paşa Komitəsinə borcluyuq. Bundan sonra heç bir ölkə, nə də onun vətəndaşı, türk vətəndaşına, sən soyqırım törətdin, sən milyonlarca insan öldürdün deməyəcək. Bu, artıq beynəlxalq qanunlarla yasaqlandı. Bu oyun 3 əleyhinə, 14 lehinə məhkəmə qərarı ilə sona yetdi. İnanmaq istəyirik ki, bundan sonra hər il aprelin 24-ü tarixində gözümüz və qulağımız ABŞ prezidentinə diqqət kəsilməyəcək. Hətta ermənilərin güvəndiyi məşhur vəkillər Ceffer Robertson, Emil Ramzi Kluni və Tobi Kolis də onlara yardım edə bilmədi. Çünki ortada əlahəzrət həqiqət vardı. Bu qərara bizim qədər Avropalılar da sevinməlidir, itmiş nüfuzlarını özlərinə geri qaytarmaqda bir vəsilə oldu bu qərar. Avropalılığını itirmədiyini göstərə bildi. Bu qərar Avropa demokratiyasının dirilişi kimi də tarixə düşə bilər. Əlbəttə, tarixi yazan biz deyilmiyik? Tarixi belə yazarıq, hətta Avropanı bir az şımartarıq da.   İnanırıq ki, bu tarixi qərardan sonra Avropa silkələnib özünə gələcək. Bundan sonrakı addımlarını bu qərarlara uyğun atacaq.   Həqiqətə böyük hörmətlə, Rəsmiyyə Ərtoğrul





Həftənin ən çox oxunanları