Yuxarı

“Rusiyanın İraqa girməsini istəmirik”

“Rusiyanın İraqa girməsini istəmirik”

[caption id="attachment_1703" align="alignleft" width="270"]Esed Erbil Əsəd Ərbil: “Amerika kürd terrorçularına və İŞİD-ə silah verir”[/caption]

Bu gün dünyanın ən qaynar bölgələrindən biri də İraqdır. Burada demək olar ki, hər gün terror aktları törədilir, xalq İŞİD-in təhdidləri və zülmü ilə üz-üzədir. Bundan başqa Amerika zülmü də davam edir, dövlət faktiki olaraq əsirdir, İraq Amerikanın işğalı altındadır. Xalq min cür zülmə, təhdid və təzyiqlərə məruz qalır. Təbii ki, bu problemlər türk dünyasını və türk dünyasının bir parçası olan Azərbaycanı narahat etməyə bilməz.

Çünki biizm İraqla mənəvi bağlılığımız var. Azərbaycan türklərinin bir qolu da İraqda məskunlaşıb. İraqın Kərkük, Ərbil və digər şəhərlərinin sahibləri olan türkmənlər daha çox Azərbaycan türklərinə yaxındırlar və bir çox tarixi mənbələrə görə, onlar buradan getməlidirlər.

Ərbil şəhərində yaşayan Türkmən Ədəbiyatçı və Yazarlar Birliyinin sədri, “Barış” dərgisinin baş redaktoru, İraq parlamentiniin sabiq üzvü Əsəd Ərbil  “Cumhuriyət”ə müsahibəsində türkmənlərin hazırkı durumu və gözləntilərdən danışdı.

-Hazırda İraq ərazisində durum yaxşı deyil. İraqın bölgələrinin ən önəmli şəhərləri İŞİD-innəzarətindədir. Bu şəhərlərə Mosul, Anbar, Rumadi, Kərkük və Ərbil ətrafları aiddir. Amerikanın da güya İŞİD-i bombalaması əslində bir görüntüdür. Gerçək isə tamamilə başqa mənzərəni ortaya qoyur. Amerika bunlar azmış kimi, hərbi təyyarələrlə İŞİD-ə qida və silah tullayır. Amerikanın atdığı bu addımın səbəbi isə İraq hökumətinin və hökumət başında olan yüksək vəzifəli şəxslərin öz istəklərinə uyğun azad bir şəkildə qərar verə bilməməsi üçündür. Onlar daimi amerikanların təzyiqi altındadırlar.

-İraq türkmənlərinin durumu əvvəlki illərlə müqayisədə necədir?

-Yaxşı deyil. Əksinə vəziyyət daha da pisdir. Bunun da səbəbi Türkiyədir. Daha doğrusu, Türkiyə bütün İraq Türkmən Cəbhəsində olan partiyaların maliyyəsini kəsdi. Bununla da onlar çətin duruma düşdülər. Buna görə də partiyanı buraxmağa məcbur oldular. Hazırda cəbhə sadəcə bir partiya olaraq fəalliyyət göstərir və türkmən xalqı da bunları çox yaxşı anladı. Türkiyə yardım etmək yerinə İraq türkmənlərini bölməkdədir. Bu durum belə davam etsə, İraq türkmənləri aldıqları yerləri də itirəcəklər.

-Kürdlərlə münasibət necədir?

-Açığı bizim şimali İraqda kürdlərlə çox yaxşı münasibətimiz var. Amma digər türkmən bölgələrində türkmənlərlə kürdlər arasında problemlər meydana çıxır. Amma ümumilikdə əlaqələrimiz normaldır. Çünki biz, uzun illərdir ərəb nəzarətində olaraq heç bir divident əldə etmədik. Bu üzdən hazırda şimali İraqda vəziyyəti normal qiymələndirmək olar.

-İŞİD-lə bağlı durum necədir, türkmənlər üçün təhlükə davam edirmi?

-Problemlər hələ də davam edir. Problem də heç bir zaman bitməz. Çünki həqiqətən də Amerikanın əli hər yerdə dolaşır.Burada İraq ordusuna və kürd silahlılarına yardım edir. Digər yandan İŞİD-ə də silah verir və yardım edir. Bu planlar da ortaya bir həqiqəti çıxarır. İslam dünyasını məşğul edib, rahat yaşamalarını əngəlləmək istəyirlər. Həmçinin digər yandan müsəlmanı müsəlmana qarşı qoyur, silahlı qarşıdurma yaradır, özü də bu durumu seyr edir.

-Rusiya İŞİD-in mövqelərini vurandan sonra bu terror təşkilatının zəifləyəcəyi deyilirdi. Həmçinin İraqda da İŞİD-in gücünü itirəcəyi bildirilir. Söylənilənlər doğrudurmu?

-İŞİD müttəfiq dövlətlər tərəfindən yalnız sözdə vurulur. Əksinə ciddi zərbələrə və təzyiqlərə məruz qalmır. İŞİD nəzarət etdiyi şəhərlərdə hələ də qalıb. Məsələn, buna bir misal göstərə bilərik. Bu günlərdə Ramadi şəhərində aparılan bir əməliyyatda İŞİD-in 30 döyüşçüsünü itirdiyi deyilir. Amma bir metr geri çəkilmədilər. Təyyarələr boş yerləri bombalayırlar, kimsə olmayan yerlərdə “əməliyyat keçirirlər”, bütün bunların hamısı artıq İraq xalqına bəllidir.

-Son zamanlar yayılan məlumatlara görə, Rusiyanın Suriyaya girməsi İraqda da müsbət qarşılanıb. Bildirilir ki, İraq xalqı Rusiyaya və Prezident Putinə xilaskar kimi baxır və rus ordusunuun İraqa girməsini istəyənlər çoxdur. Həqiqətənmi belədir?

-Xeyr, bu məlumatlar həqiqəti əks etdirmir. Bunu çox dəqiq söyləmək olar. Çünki İraq xalqı 1920-ci ildən etibarən imperializmi çox yaxşı tanıyır. Buna görə də, Amerikanı da qəbul etmədilər, Rusiya və Çini də qəbul edən deyillər.

Mən də bir iraqlı olaraq açıq deyirəm ki, amerikalılar və ruslar bizi heç bir zaman sevməyiblər və bundan sonra da bizə qarşı münasibət müsbətə doğru dəyişməyəcək. O cümlədən biz də onları heç zaman isti qarşılamadıq. Biz müsəlmanıq, onlar isə kafirdirlər. Bizim torpaqlarımızda olduqları müddətdə bizonları işğalçı kimi tanıyırıq. Buna görə də onlara simpatiyamız yoxdur. Xalq onların yurdumuzdan, torpaqlarımızdan çıxmasını istəyir.

Bunlar İraqa girəndən sonra vəziyyət çox pis oldu. Terror baş alıb gedir. Terror aktlarının törədilməsində azalma yoxdur, əksinə daha da artmaqdadır. Xüsusilə türkmən xalqına daha çox təzyiq edirlər.Məqsədləri də bəllidir. İstəyirlər ki, türkmənlər öz doğma yurd-yuvalarını tərk etsinlər. Onların boşaltdıqları yerlərə isə ərəb və kürd yerləşdirsinlər. Buradan türk dünyasına səslənirəm. İraqda yaşayan öz millətinizə - İraq türkmənlərinə dəstək verin. Bu dəstək sadəcə sözdə olmasın. Biz türkmənlər də kimin yanımızda olub-olmadığını hiss edək, bilək. Sonra da tarixin qara səhifəsində onları yazaq. Çünki tarix çox önəmlidir,həqiqətləri də acıdır.Öz atalarımızın yurdu olan Azərbaycanıma - dövlətə və millətimizə təkrar səslənirəm, hardasınız?

Cavad





Həftənin ən çox oxunanları