Yuxarı

Moskvanın imperiya ambisiyaları artıb

Moskvanın imperiya ambisiyaları artıb

SSR 2020-ci ildə SSRİ bərpa olunacaq? Rusiya prezidenti Vladimir Putinin 2014-cü ilin dekabrın 5-də etdiyi çıxışı ABŞ və Avropanı silkələdi. Sovet İttifaqının dağılmasından bəhs edən Putin, keçmiş SSRİ ölkələrinə Moskvanın müstəqillik verdiyini iddia etdi: “Rusiya Ukrayna və SSRİ-yə daxil olan digər qardaş respublikaların suverenliyini və müstəqilliyini həmişə dəstəkləyib. Hətta, 90-cı illərin əvvəllərində həmin respublikalara müstəqilliyi də biz verdik”. Kreml başçısı həmçinin bir çox keçmiş Sovet respublikaları rəhbərlərinin Moskvanın iradəsinə tabe olduğunu da dedi. ABŞ Putinin iddialarını yeni dönəm “soyuq müharibə”nin başlanğıcı olduğunu bildirsə də, Konqres üzvləri bunu Kremlin uzaq hədəfi kimi dəyərləndirdilər. Zbiqnev Bjezinski kimi nüfuzlu diplomatlar da Putinin bu tip çıxışlarının SSRİ-ni yenidən bərpa etməyə yönəlik mesaj olduğunu dedilər. Putinin vurğuladığı əsas detal “Həmin respublikalara müstəqilliyi biz verdik” fikri idi. Bunun mənası odur ki, münbit şərait yetişən kimi Moskva yenidən əfsanəvi ittifaqı bərpa etmək üçün bu respublikalara ordu yeridib işğal edə bilər. I Pyotrdan Putinədək Rusiya liderləri bir qayda olaraq, diplomatiyanın yox, gücün üstünlüyünə inanıblar. Məqsədlərinə güc yolu ilə çatmaq Putin və ətrafındakı Sovet təhsili almış bütün KQB maqnatı üçün səciyyəvidir. Putin kommunist deyil, lakin SSRİ-nin gücünü yenidən Rusiyaya qaytarmaq istəyən Stalin pərəstişkarıdır. Rusiyanın inzibati anlayışı da getdikcə Sovet İttifaqına tərəf sürüşür. Rusiyadan imperiya düzəldəcəyinə inanan Putin ABŞ-ın təkqütblü dünya anlayışına qarşıdır. Kremldə əyləşən keçmiş KQB maqnatı keçmiş Sovet İttifaqını yenidən quracağına o qədər inanır ki, hətta SSRİ-nin dağıtmaqda ittiham edilən Mixail Qorbaçova hüquqi cəzanın verilməsi üçün hərəkətə keçib. Onlar bu işi Putin administrasiyasının daxili və xarici siyasətilə hesablaşan siyasi partiyaların əllərilə edirlər. Məsələn, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski ilə yanaşı, digər siyasi qurumları təmsil edən millət vəkilləri SSRİ-ni dağıtdıqları üçün Qorbaçovu məhkəməyə veriblər. Keçmiş Sovet prezidentinin cəzalandırılmasını tələb edən deputatlardan ikisi hakim Vahid Rusiya Partiyasındandır. Məhkəməyə müraciət edənlər Qorbaçovun hərəkətinin axmaqlıq olduğunu bildirirlər. Siyasi analitiklər bu cəhdin arxasında Putinin dayandığını deyirlər və yeni Sovet planı üçün nəbz yoxladığını irəli sürürlər. Təsadüfi deyil ki, Putin də SSRİ-nin dağılmasının XX əsrin ən böyük faciəsi olduğunu bildirir. Özü də Kreml başçısı bunu BMT Baş Assambleyasının toplantısı üçün getdiyi Nyu-Yorkda CBS və PBS telekanalları üçün etdiyi çıxışında demişdi. “Sovet İttifaqının dağılmasıyla milyonlarla Rusiya vətəndaşı Rusiya Federasiyası ərazilərindən kənarda qaldı”, deməklə Putin dolayı yolla SSRİ-ni təşkil edən 15 respublikanın hamısının Rusiyaya məxsus olduğunu iddia etdi. Moskvanın yeni SSRİ üçün atdığı əsas addımlardan biri BRICS ölkələri ilə birlikdə yaratdığı “İnkişaf Bankı” və Avrasiya İttifaqıdır. Putinin bu təşəbbüsü yeni imperiyanın  atılmış alt təməlidir. Amerikayla başlamış ikinci dönəm  “soyuq müharibə”də Moskva uduzmaq istəmir və keçmiş  Sovet respublikaları ətrafına toplayıb yeni formatda rəqib qarşısına çıxmaq Putinin yeni düsturudur. Kremldəki KQB maqnatı SSRİ-ni yenidən qurmaq planını 2020-ci ilədək həyata keçirmək istəyir. Lakin, bu cəhdlərin effekt verəcəyi imkansız görünür. Məsələn, Qərbin ağır iqtisadi sanksiyaları altında olan Rusiya iki cəbhədə - Ukrayna və Suriyada ən güclü rəqibi Amerikayla qarşıdurma vəziyyətindədir. Digər yandan ağırlaşdırılmış iqtisadi sanksiyalara görə itirilən 500 milyard dollara yaxın valyuta, İŞİD əməliyyatlarına xərclənən külli miqdarda maddi vəsaitlər, neftin sürətlə ucuzlaşması, Çinlə reallaşdırılması planlaşdırılan milyardlarla dollar dəyərində olan enerji layihələrinin ləğv olunması Moskvanı çətin vəziyyətə salıb. Paralel olaraq, keçmiş Sovet respublikalarının əksəriyyətinin Qərb blokuna olan isti münasibəti Putinin manevr imkanlarını məhdudlaşdırır. Kuba kimi sonuncu forpost ölkələrinin Amerikayla yaxınlaşmaq cəhdləri də Putinin Sovet İttifaqını yaratmaq cəhdlərini sıfıra endirir. Eyni zamanda bəzi ərəb dövlətləri və İŞİD-in Rusiyaya qarşı cihad elan etməsi yaxın gələcəkdə Rusiyada separatizm və terrorizmi gücləndirə bilər, bu isə Kremlin başını özünə qatacaq. Əfqan





Həftənin ən çox oxunanları