Yuxarı

Mirzə Xəzər: “Rusiya Yaxın Şərqdə söz sahibi ola bilməyəcək”

Mirzə Xəzər: “Rusiya Yaxın Şərqdə söz sahibi ola bilməyəcək”

mirze-xezer

“Rusiya İŞİD-ə və Bəşər Əsədin düşmənlərinə qarşı əməliyyatları davam etdirməklə Moskvanın və onun arxasında dayanan Pekinin regionda söz sahibi olduğunu göstərmək istəyir”.

Belə bir iddia ilə cebhe.info-ya açıqlamasında siyasi analitik Mirzə Xəzər çıxış edib. Rusiyanın hələlik plana zahirən nail olduğunu deyən M. Xəzərin sözlərinə görə, regionda faktiki vəziyyəti kökündən dəyişməyə, Vaşinqtonun bu regionda hegemonluğunu zəiflətməyə Putinin gücü çatmaz. “Son vaxtlar Obama hökumətini zəiflikdə, rusların qarşısında mətin mövqe tutmaqda ittiham edənlər çoxalıb. Amerikanın özündə də tənqidlər səslənir. Lakin mənim fikrimcə, tənqidçilər yanılır. Yaxın Şərq regionu Amerikanın milli maraqları baxımından çox mühüm regiondur və burada ABŞ-ın nüfuzunu qoruyub saxlamaq yolunda qəbul olunan qərarlar təkbaşına prezident tərəfindən qəbul olunmur. Qərarların hazırlanmasında və qəbul olunmasında ABŞ-ın bir sıra dövlət və hökumət orqanları, agentlikləri, tədqiqat institutları, habelə Konqres iştirak edir. Qərarlar cari və gələcək planları əhatə edir. Bu o deməkdir ki, hər bir qərar, siyasi addım yalnız bu günü deyil, gələcəyi əhatə edir. Mən inanmıram ki, Rusiyanın Suriyada hərbi iştirakı ABŞ hökuməti üçün gözlənilməz olub”, - deyə Mirzə Xəzər qeyd edib. Analitikin sözlərinə görə, bütün dünyanı, xüsusilə neftlə zəngin Yaxın Şərq regionunu yerdən və göydən izləyən bir super dövlətin Putinin planlarından bixəbər olması tamamilə inanılmazdır: “Moskva Suriyada üstünlük əldə etsə də, Putinin öz təkliflərini Vaşinqtona qəbul etdirməsi nağıldan başqa bir şey deyil. Moskva Suriyada qələbə çalsa da, Yaxın Şərqdə əsas söz sahibi əvvəlki kimi ABŞ olacaq. Rusiya arxasında yeni xammal qaynaqlarına möhtac olan Çin olduğu üçün güclü görünür. Ukraynadan danışmağa heç dəyməz. Hətta "Maydan" inqilabını təşkil edib ölkəni viran qoyan Qərb ölkələri də Ukraynadan ümidini üzüb”.

Mənsur





Həftənin ən çox oxunanları