Yuxarı

“Türkiyədə prezident idarəetmə sistemi qurulacaq”

“Türkiyədə prezident idarəetmə sistemi qurulacaq”

turkiye xeriteCebhe.info xəbər verir ki, Türkiyədə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə qazanmasına münasibət bildirən politoloq Fərhad Mehdiyev belə bir fikirlə çıxış edib.

“Ərdoğan yönümlü media qurumları və psevdo "akademik" çevrə president idarəçiliyi sisteminin faydaları haqqında danışır. Konstitusiya dəyişikliyi üçün 330 səs kifayət edir və daha sonra da referendumla işi həll etmək mümkün olacaq. Görünən budur ki, əlavə 20 millət vəkilinin səsini toplamaqla, Konstitusiya dəyişikliyini keçirmək mümkün olacaq. Bəs, 20 millət vəkilini AKP hardan əldə edəcək? Politoloq 3 variantın mümkün ola biləcəyini deyir:

  1. Dövlət Baxçalı istefa verməzsə, ondan istifadə edəcəklər. Baxçalı ümid edəcək ki, millətçilərdən birini nazir təyin etdilər. Əlbəttə, bu halda seçilən onun özü olmayacaq.
  2. Bu baş verməsə, digər partiyalardan adam gətiriləcək, əvəzində müxtəlif mənfəətlər veriləcək.
  3. Bu da alınmazsa, HDP ilə federal dövlət quruluşu barədə razılığa gəlinərək, ona uyğun Konstitusiya hazırlanaraq referenduma gediləcək.

Politoloq prosesin 2 il çəkəcəyini bildirib.

Mənsur





Həftənin ən çox oxunanları