Yuxarı

Rusiya Suriya əməliyyatlarının başa çatacağı vaxtı açıqladı

Rusiya Suriya əməliyyatlarının başa çatacağı vaxtı açıqladı

esed-putin“Əsədin terrorçulara hücumu davam etdikcə, Rusiya Suriyanı bombalayacaq”. Cebhe.info-nun Ukrayna KİV-lərinə istinadən məlumatına görə, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Suriya əməliyyatlarını şərh edərkən belə deyib.

A.Antonov Rusiya ordusunun Suriyada keçirdiyi əməliyyatların suriyalı müxaliflərin və terror qruplaşmalarının Əsəd hakimiyyətinə qarşı silahlı hücumları dayandıracağı təqdirdə başa çatacağını açıqlayıb. O, əməliyyatların Bəşər Əsədin rəsmi müraciəti əsasında keçirildiyini və qanuni olduğunu deyib.  Qeyd edək ki, Rusiyanın Suriyada İŞİD mövqelərinə qarşı keçirdiyi əməliyyatlarda 595 nəfər həyatını itirib.

Mənsur





Həftənin ən çox oxunanları