Yuxarı

“ABŞ və Qərb neft üçün siyasət yürütmür”

“ABŞ və Qərb neft üçün siyasət yürütmür”

neft“Şimali Afrika, Yaxın Şərq, müsəlman ölkələri – yaxın gələcəkdə sayı 1 milyard insana çatacaq böyük bir coğrafiyadır. Kasıb, amma sürətlə artan əhalisi, əsas da “ac”, istehlak cəmiyyəti vərdişlərinin tam oturuşmadığı ölkələr yaxın gələcəkdə dünya iqtisadiyyatının artımında mühim rol oynayacaq. Bu gün baş verən hadisələr əslində bazarlar uğrunda gedən savaşlardır. Enerji resurslarına nəzarət daha aktual bir mövzu deyil”.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli bu fikridədir. N. Cəfərlinin sözlərinə görə, ABŞ və Qərb yürütdükləri siyasət neft üçün deyil, bazarlar uğrundadır: “Həmin ölkələr (Yaxın Şərqin neftlə zəngin ərəb dövlətləri) varlansın, istehlak toplumuna çevrilsin, Qərb də onlara Apple, Mersedes, BMW, Ford, Boeing, Airbus satsın. Çin də o bölgədə çox aktivdir, o da mal satmaq istəyir, ona da tükətim toplumunun yaranması sərf edir, məhz buna görə Afrikada, Asiyada bəzən geri dönüşü olmayan yatırımlar edir. Bütün bunları anlamaq elə də çətin deyil, anlamadığım odur ki, bəs Rusiya niyə bu qədər aktivlik edir? O nə satacaq bazarda? Silahdan başqa nəyi var ki, nə də satsın? Rusiyanın özü elə Ərəb ölkələrinin günündədir. Deməli, Rusiya müharibələr istəyir ki, silahını sata bilsin. Çünki dünyada ən böyük əraziyə sahib olan, dünyada ən çox təbii resurslara malik olan Rusiya hələ də imperiya olmağın yolunu fiziki olaraq torpaq işğal etməkdən, ərazilərinin genişlənməsindən keçdiyini düşünür. Hələ də bu ölkə 16-19-cu əsrlərin yanaşmasında qalıb. Anlamır ki, imperiya olmağın yolu-yönətəmi dəyişib, müasir imperiya modeli Cənubi Koreyadır, Yaponiyadır, onlar öz məhsulları ilə evlərimizi, qarajlarımızı, ciblərimizi “işğal” edirlər, hələ də başa düşmürlər ki, 21-ci əsrin davası bazarlar, özü də yeni bazarlar uğrundadır. Bazarda oyunçu olmaq üçün isə mütləq güclü istehsal, iqtisadiyyat olmalıdır. Rusiya bunu anlasa, dəyişməli, rəqabətli iqtisadiyyat, azad məhkəmə və seçki sistemi qurmalıdır, o zaman Rusiya dünyada doğrudan da böyük, qüdrətli dövlət olacaq, anlamasa dünyanın “xammal bazası” rolunu oynayaraq, arada bir mənasız səs-küy salaraq, regional oyunçu olaraq qalacaq”.

Mənsur





Həftənin ən çox oxunanları