Yuxarı

Almaniya DİN: “sənədlər həqiqidir”

Almaniya DİN: “sənədlər həqiqidir”

Özünü “İslam dövləti” (İD) adlandıran ekstremist qruplaşmanın sıralarında döyüşən çoxsaylı yaraqlılar haqqında məlumat ehtiva etdiyi güman edilən sənədləri etibarlı hesab etmək olar, Almaniya daxili işlər naziri Thomas de Maiziere bəyan edib.

Onun sözlərinə görə, bu məlumat [bir çox, o cümlədən, Rusiya və Böyük Britaniyada terrorçu təşkilat tanınmış və qadağan olunmuş] İD yaraqlılarını cinayət məsuliyyətinə cəlb edilməsinə və gələcəkdə təşkilatın sıralarına üzv toplama cəhdlərinin qarşısını almağa imkan verər. Daha əvvəl Britaniya və alman jurnalistləri əlinə düşmüş bu sənədlərin böyük hissəsi azı 40 ölkədən olan minlərlə İD-ə qatılmış insanların anketləridir. Sənədlərdə ehtimal olunan yaraqlıların adları, ünvanları və telefon nömrələri göstərilir. Sky News telekanalının məlumatına görə, sənədlərdə ehtimal olunan 22 min cihadçı və onların qohumlarının adları, ünvanı və mobil telefon nömrələri qeyd olunub. Sənədlərin İD qruplaşmasının rəhbərliyindən məyus olmuş Abu Hamed adlı sabiq üzvündən alındığı bildirilir.

Abu Hamed elektron informasiya daşıyıcını İD daxili təhlükəsizlik rəhbərindən oğurlayıb və Türkiyədə jurnalistlərə verdiyini deyir. Anketlərdə 23 sual vardır. Məsələn, sənədi dolduran gələcək yaraqlıya hansı ölkələrdən keçib Suriyaya gəldiyi, döyüş təcrübəsi olub-olmadığı barədə məlumat vermək təklif olunur. Anketdə onun ölüm yeri və tarixi üçün yer də qoyulub. Hələ yanvar ayında Zaman Al- Wasl müstəqil Suriya yenilik saytı əlinin altında 23 bənddən ibarət və İD yaraqlılarının əsl adları, tərcümeyi-halından faktlar, vətəndaşlığı və ev ünvanları göstərilən 23 min anket olduğunu bildirmişdi.





Həftənin ən çox oxunanları