Yuxarı

Putinin sabiq müşaviri Mixail Lesin "başına zərbə"dən ölüb

Putinin sabiq müşaviri Mixail Lesin 

ABŞ-da keçirilən məhkəmə-tibb ekspertizası Rusiyanın sabiq mətbuat naziri Mixail Lesinin ölümünün səbəbini müəyyən edib. İdarənin nümayəndəsinin sözlərinə görə, Lesinin ölümünə səbəb "başına zərbə" olub. Onun boynu, bədəni və əl-ayaqlarında da eyni travmalar aşkar olunub. Baş məhkəmə-tibb eksperti ekspertizanın nəticələrilə bağlı əlavə məlumat verməyib.

57 yaşlı Mixail Lesinin cəsədi 2015-ci il 5 noyabrda Washington-da “Hotel du Pont” mehmanxanasında aşkar edilib. İlkin məlumatlara görə, zorakılıq əlamətlərinin müəyyən edilmədiyi, ölümə isə ürək dayanması səbəb olduğu bildirilmişdi. ABŞ polisi sabiq yüksək vəzifəli rusiyalı məmurun müəmmalı ölüm səbəbinin araşdırmasını davam etdirir. 2000-ci ildə Lesin KİV sahəsində ən nüfuzlu şəxslərdən biri sayılırdı. Rusiyanın ən iri “Video International” reklam holdinqinin həmtəsisçisi 1999-2004-cü illərdə Mətbuat Nazirliyinə başçılıq edib, ondan sonra daha 5 il prezident müşaviri vəzifəsində işləyib. 2013-cü il 1 oktyabrdan 12 yanvar 2015-ci ilədək NTV, TNT, NTV-Plyus teleşirkəti, “Exo Moskvı”, “Sity-FM”, Relax-FM radiostansiyaları və “Sem dney” nəşriyyatının da daxil olduğu “Qazprom-Media” holdinqinin baş direktoru olub.





Həftənin ən çox oxunanları