Yuxarı

İŞİD partladacağı paytaxtların SİYAHISINI açıqladı

İŞİD partladacağı paytaxtların SİYAHISINI açıqladı

Terror təşkilatı olan İŞİD bir neçə günlük sükutdan sonra yenidən Avropanı təhdid edən bəyanatlar səsləndirib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, İŞİD Avropa ölkələrinin paytaxtlarında terraktlar törədəcəyinə dair xəbərdarlıq edib.

İnternetdə təşkilatın hazırladığı təhdid videoçarxları yayınlanmağa başlayıb. İŞİD-in terror aktları törədəcəyi paytaxların siyahısında isə London, Berlin və Romanın adı var. Artıq Böyük Britaniyadan bununla bağlı mövqe sərgilənib. Ölkənin Daxili İşlər Nazirliyi bəynatı şərh etməkdən imtina edərək “Biz mill təhlükəsizliklə bağlı məsələlərə şərh vermirik” deyə bildirib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron isə bir neçə gün əvvəl bildirmişdi ki, ölkədə polis daha da gücləndirilmiş rejimdə işləyəcək.





Həftənin ən çox oxunanları