Yuxarı

PKK ABŞ-a üz tutdu

PKK ABŞ-a  üz tutdu

 

"Nə olar, bizi xilas edin!"

PKK terror təşkilatının tabe olduğu Kürdüstan İcmalar Birliyi (KCK) ABŞ-dan Türkiyə ilə arasında vasitəçilik etməyini istəyib.  Avropa.info xəbər verir ki, Türkiyənin terrorla mübarizəsinə tab gətirə bilməyən KCK-nın idarə heyətinin üzvü Zübeyr Aydar ABŞ-ın vasitəçi olmasını və Türkiyəni yenidən PKK ilə müzakirə masasına oturtmağa razı salmasını istəyib.

Zübeyr Aydar ABŞ-ın Ankara səfiri Con Bassın "PKK-nı silahı yerə qoymağa çağırırıq" açıqlamasına cavab olaraq "ABŞ vasitəçi olsun və bizi yenidən bir araya gətirsin" deyə bildirib.  Əldə olunan məlumata görə dünən mətbuata açıqlama verən Con Bass PKK ilə bağlı "PKK-nı zorakılığa son verməyə, silahlarını yerə qoymağa, müzakirələri qəbul etməyə çağırırıq" demişdi.

Buna cavab verən Aydar, "ABŞ vasitəçi olsun, bizi və Türkiyəni yenidən bir masada bir araya gətirsin. Problemlərimizi danışaq, biz buna hazırıq" deyə bildirmişdi. Aydan daha sonra sözlərinə belə davam etmişdi:

"Bir tərəf bizik, digər tərəf Türkiyə dövlətidir. Bundan əvvəl də amerikalı rəsmilərin döyüşün dayandırılması və tərəflərin müzakirə masasına dönməsi ilə bağlı çağırışları var idi. Biz bu cür çağırışların iki tərəfli olmasını istəyirik. Amerikanın Türkiyəni razı salmaq imkanları var. Biz bu gün yaşananları qəbul etmirik. Biz problemi qarşıdurma və müharibə ilə həll etmək istəmirik. Bu Türkiyənin seçimidir, biz də buna sonuna qədər müqavimət göstərəcəyik. Bu qarşıdurmaların zərərlərini bilirik amma başqa çarəmiz yoxdur".





Həftənin ən çox oxunanları