Yuxarı

ABŞ kəşfiyyatından  yeni faktlar

ABŞ kəşfiyyatından  yeni faktlar

Müharibə başlayacaq Rusiya Suriyada genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti məlumat yayıb. “ABŞ-ın rəsmi mənbələrindən əldə edilən xəbərə görə, Rusiya artilleriya bölmələrini Suriyanın hökumət qoşunlarının cəmləşdiyi şimal hissəsində yerləşdirir. Bu isə ABŞ-da narahatlıq doğurur. İki müttəfiq ölkə güman ki, mövcud atəşkəslə bağlı yaranmış çətinliklər fonunda genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Kəşfiyyat informasiyalarına malik rəsmi mənbələr Rusiyanın artilleriyası və artilleriya qoşunlarının dislokasiyası ilə yanaşı, İrana məxsus bir sıra ordu bölmələrinin hökumət qüvvələrinin nəzarətində olan bölgələrə qayıtdığını bildirir. Rusiya İran və İrana dəstək verən Livanın “Hizbullah” Hərəkatı bu münaqişədə prezident Bəşər Əsədin tərəfdarı kimi çıxış edirlər. “ABŞ Rusiya ordusunun bu hərəkətliliyinin atəşkəs haqqında razılaşmaya və Cenevrə danışıqlarına mənfi təsir göstərəcəyindən narahatlığı prezident Barak Obamanı bazar ertəsi günü prezident Vladimir Putinə zəng etməyə vadar edib”-deyə rəsmi mənbə açıqlama verib. “Ağ Ev”in  mətbuat katibi Coş Ernest iki lider arasındakı gərgin şəkildə aparılan müzakiərlərin  çox açıq və kəskin keçdiyini deyib. O, bəyan edib ki, Rusiya hakimiyyəti açıq müzakirələrdə və üzbəüz danışıqlarda BMT-nin nəzarəti altında Cenevrədə keçirilən danışıqların davam etdirilməsi üçün müvəqqəti atəşkəsə dəstək verdiyini deyir. Hökumət qoşunları tərəfindən hücum əməliyyatlarının genişlənməsi ilə əlaqədar əsas müxalifət qüvvələri bazar ertəsi günü vasitəçilərin iştirakı ilə aparılan danışıqların sonuncu mərhələsində iştirak etməyi dayandırıblar. Son günlər hökumət qüvvələri Suriyanın mərkəzi və şimal rayonlarında hücum əməliyyatlarını fəallaşdırıblar və müxalifət nümayəndələrindən biri çərşənbə axşamı gedən danışıqllarda atəşkəsin dayandığını bəyan edib.  Beləliklə, fevralın 27-dən başlanan atəşkəs rejimi Vaşinqtonda və regionda gözlənildiyindən də çox davam edib. Əsəd rejiminə dəstək məqsədilə Rusiyanın Suriyanın mülayim müxalifətinə qarşı birgə müharibə aparmasına qarşı çıxan ABŞ-la əldə olunan atəşkəs Suriyada zorakılığın ümumi səviyyəsinin azalmasına səbəb olub. Barak Obama və onun “Ağ Ev”dəki məmurları son vaxtlar atəşkəsin pozulmasının mümkünlüyü barədə xəbərdarlıq etsələr də, Rusiyanın münaqişə bölgəsində güclənməsi barədə danışılmayıb. “Ag Ev” yeni kəşfiyyat məlumatlarını şərh etməkdən imtina edib. Rusiya hakimiyyətinin ABŞ-dakı nümayəndələri  informasiyanı  şərh etmək xahişinə cavab verməyiblər. Fevral ayında müvəqqəti atəşkəsin əldə olunmasından sonra ABŞ-ın kəşfiyyat xidməti Rusiya artilleriyasının ölkənin cənub rayonlarına doğru hərəkət etdiyini müşahidə etmişdi. Həmin vaxt Əsəd rejimi “İslam dövləti” yaraqlıları ilə Tadmor və Palmira ətrafında döyüşlər aparırdı. Amerikanın rəsmi mənbələrinin verdiyi məlumata görə, ötən ilin əvvəlindən başlayaraq dağıdığcı təsir gücünə malik artilleriya qurğularını döyüşlərdə Rusiya hərbçiləri özləri idarə edir. ABŞ hərbi məmurunun sözlərinə görə, təxminən, iki həftə bundan əvvəl Amerika kəşfiyyat xidməti artilleriya hissələrinin müqavimət qüvvələrinin dayaq qovşağı sayılan, şimaldakı Hələb şəhərinin yaxınlığında yerləşməsini və hökumət qüvvələrinin Lazkiyə əyalətinin mərkəzində cəmləşməsini qeydə alıb. Rusiya artilleriyasının hərəkəti son günlər fəallaşıb və Moskvanın niyyəti ABŞ-ın narahatlığına səbəb olur. ABŞ-ın kəşfiyyat xidməti son günlər “Əl-Qaida”nın Suriya bölməsi olan “Ən-Nüsrə” Cəbhəsi ilə döyüşlərdə dislokasiya edilmiş artilleriya qurğularının dəstək verdiyinə dair faktlara əldə edib. Fevral ayında ABŞ və Rusiya “Ən-Nüsrə” Cəbhəsi və “İslam dövləti” istisna olmaqla, digər müxalifət qüvvələri ilə atəşkəsə nail olmaq barədə razılığa gəlmişdilər. Amerika hakimiyyətinin təmsilçiləri həmçinin bildirir ki, son günlər Rusiyanın Suriyadakı Hərbi Kosmik Qüvvələri Əsəd rejiminə dəstək məqsədilə öz hava əməliyyatlarının sürətini artırıb. ABŞ-ın hərbi qurumlarından birinin yüksək rütbəli nümayəndəsinin dediyinə görə, atəşkəs rejiminə qədər ruslar 100-ə yaxın aviazərbə endirmişdisə, hazırda bu göstərici gündəlik olaraq 10 aviazərbə təşkil edir.  Atəşkəs rejimi müddətində Obama adminstrasiyasının nümayəndələri arasında fikir ayrılığı yaranıb. Onlar Vladimir Putinin münaqişənin siyasi yolla həll etmək və Bəşər Əsədi istefaya göndərməyə hazır olduğuna şübhə ilə yanaşırlar. Obama adminstasiyası üçün açıq qalan suallardan biri Moskvanın Əsəd rejiminə nə dərəcədə təsirə malik olması ilə bağlıdır. Amerika hökuməti rejimin nümayəndəsinin bu yaxınlarda Dəməşqdə üsyançılara və onların Suriyanın şimalında, Hələbdəki dayaq məntəqələrinə hücuma başlamaq planı barədə bəyanatını xatırladıblar. Rusiya iqtidarı amerikalı həmkarlarına bildiriblər ki, rejim hücum etməklə yanlış hərəkət etmiş olar. Doğrudur, Moskva Dəməşqi bu ideyadan çəkindirmək üçün heç nə etməyib. ABŞ- hökumətində hesab edirlər ki, həm ruslar Dəməşq onlara qulaq asmadığını bilir, həm də onlar özləri Əsəd rejiminin niyyətinin nədən ibarət olduğunu bilmirlər. Rəsmi mənbənin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Con Brennan Rusiya hakimiyyəti nümayəndələri ilə üzbəüz söhbətdə xəbərdarlıq edərək bildirb ki, bugünki atəşkəsin alternativi münaqişə zonasındakı təhlükəli eskalasiya və zorakılıq ola bilər. Mərkəzi Kəşfiyyat İdarəsi və onun regiondakı müttəfiqləri mülayim müxalifətə güc tətbiq ediləcəyi və atəşkəsin pozulraq genişmiqyaslı hərbi əməliyyatların başlanacağı təqdirdə artilleriya və zenit silahları əleyhinə siyahı tərtib edir”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları