Yuxarı

Türkiyədə siyasi gərginlik

Türkiyədə siyasi gərginlik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun dünənki kritik görüşünün ardınca hadisələr sürətlə inkişaf edir. Davudoğlu 22 mayda keçiriləcək konqresdə iştirak edəcəyini, ancaq namizəd olmayacağını açıqlayıb.

Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir istefa verərək “Vəzifəmin icrasının 4 ildən az davam etməsi mənim seçimim deyil, bir zərurətin nəticəsidir”,- deyə vurğulayıb.

Partiyada davam edən müzakirələrdən sonra ilk dəfə olaraq açıqlama ilə çıxış edən Davudoğlu 22 mayda növbədənkənar konqres keçiriləcəyini və namizəd olmayacağını bildirib:

“Tərtəmiz səsləriniz üçün hər birinizə təşəkkür edirəm, haqqınızı halal edin”.

Xalqa müraciətində bu vəzifəni Ərdoğandan əmanət olaraq aldığını deyən Davudoğlu “Xarizmatik bir liderin ardından vəzifəmin icrasına başladım. Canla-başla çalışdım. Millətin ən azı buna şahiddir… Xarizmatik liderdən sonra bir boşluq olur. Mənim bu dönəmdə öncəliyim AKP-nin birliyi və bərabərliyinin qorunması olub. Mənim dönəmində tək bir istefa da olmadı, partiyadan heç bir şey əskilmədi. Paralel yapı, Suriya məsələsi ilə ölkəni seçkiyə aparmalı idim” deyə qeyd edib.

Rəhbərlikdə olduğu müddətdə vəzifəsinin öhdəsindən gəlməyə çalışdığını deyən Davudoğlu verdiyi bütün vədləri yerinə yetirdiyini deyib. İstefa verməsində əsas səbəbin uğrusuzluq olması ilə bağlı söyləntilərə münasibət bildirən Davudoğlu “Həyatda inanmadığım heç nəyi müdafiə etmədim. Kimsəylə bazarlıq etmədim. Qədimlərin bir sözü var: “Yoldan öncə yol yoldaşı”. Mənimlə olmayan yoldaşımın bunu öncə mənə söyləməsi lazım idi. Amma heç kəsə qəzəbim yoxdur” deyib.

 





Həftənin ən çox oxunanları