Yuxarı

Roqozin Putinin “Qarabağ planı”nı gətirir

Roqozin Putinin “Qarabağ planı”nı gətirir

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərinin əsas məqsədi Vladimir Putinin mayın sonunda Azərbaycana gözlənilən səfərinə hazırlıq məsələlərini müzakirə etməkdir.

Bu barədə Cebhe.info-ya diplomatik mənbələrdən məlumat verilib. Mənbənin sözlərinə görə, mayın 17-də Bakıya səfər edəcək Dmitri Roqozin Bakıda keçirəcəyi görüşlərdə Vladimir Putinin ayın sonuna gözlənilən səfərinin proqramını müzakirə edəcək.

“Xüsusən də Putinin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı təklifləri rəsmi Bakıya təqdim ediləcək və bu məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu məsələdə rəsmi Bakının mövqeyi öyrəniləcək. Bundan əlavə Dmitri Roqozin iki ölkə arasındakı gələcək əməkdaşlığın inkişaf perspektivləri, iqtisadi, enerji sahəsində həyata keçiriləcək layihələr və digər məsələləri müzakirə edəcək”,-deyə mənbə vurğulayıb.

 





Həftənin ən çox oxunanları