Yuxarı

İsrailin müdafiə naziri postuna Azərbaycanın dostu gətirilir

İsrailin müdafiə naziri postuna Azərbaycanın dostu gətirilir

Xəbər verildiyi kimi, İsrail müdafiə naziri Moşe Yalon baş nazir Binyamin Netanyahuya güvənmədiyini ifadə edərək istefa verib. Netanyahu ilə gərginlik yaşayan Yalonun yerinə həddindən artıq sağçı, keçmiş xarici işlər naziri Aviqdor Liebermanın gələcəyi bildirilir.

Cebhe.info xəbər verir ki, İsraildə müdafiə nazirinin istefasından sonra müzakirələr başlayıb.

Müdafiə naziri Moşe Yalonun istefasının Netanyahu hökumətinə məsafəli yaxınlaşan bölgədəki ölkələrlə Qərb ölkələrini İsraildən daha da uzaqlaşdıracağı bildirilir.

Baş nazir Binyamin Netanyahunun Moşe Yalonun boşalan kresloya sağçı mövqeyi ilə seçilən, keçmiş xarici işlər naziri Aviqdor Liebermanın gətiriləcəyi bildirilir.

Netanyahunun bu hərəkəti koalisiya hökumətini daha da genişləndirməyi qarşısına məqsəd qoyduğu ifadə edilir.

Qeyd edək ki, Aviqdor Lieberman Azərbaycana dost mövqeyi ilə seçilir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları