Yuxarı

Dünya böyük savaşa doğru

Dünya böyük savaşa doğru

NATO Rusiya ilə harda toqquşacaq?

NATO-nun sabiq komandiri Cir Riçard Şireff “Rusiya ilə müharibə” kitabında Rusiya prezidenti Vladimir Putinin Suriyanı bombalamasının əsl səbəbini açıqlayıb. Kitabda siyasi və hərbi qərarları təsvir edib. Britaniyanın Müdafiə Tədqiqatları İnstitutunun böyük elmi işçisi Şaşank Djoşin qeyd edib ki, kitab konkret olaraq döyüşə çağırış məqsədi ilə yazılıb: “Kitabda bütün qəzəb Moskvanın üzərinə tökülür. Kitabda cani rolunda Putin təcəssüm etdirilir. Onun strateji planları - mülki obyektlərin bombalanmasıdır. Guya Putin bunun köməyi ilə Türkiyəyə qaçqınların axınını artırmaq istəyir. Nəticədə isə bu, Avropa Birliyinə təzyiq vasitəsi kimi istifadə ediləcək”.

Djoşin kitab müəllifinin 2017-ci ildə Rusiya və NATO-nun müharibə ssenarisini yazdığını deyib. O hesab edir ki, Şireffə görə, içində olduğumuz il ərzində NATO - Rusiya savaşının başlayacağı istisna deyil.

Müharibənin başlama tarixi

NATO-nun Rusiyaya qarşı real döyüş planı var. Ələ keçirilmiş sənədə əsasən, ABŞ, İngiltərə, Almaniya və Polşanın hərbi qüvvələrinin yaratdığı 9 birlik Polşa və Baltikyanı dövlətlərə (Latviya, Litva və Estoniya) Rusiyadan təhdid meydanı ortaya çıxacağı halda hərəkətə keçəcək. Polşanın Şimalı və Almaniyanın dəniz limanları müharibə vaxtı ABŞ və İngiltərə silahlı qüvvələrinin hərəkət nöqtəsi kimi təyin olunub. Gələn məlumatlar, 2020-cı ilin yazında NATO-nun gizli döyüş planının işə düşəcəyini bildirir. Plan NATO-nun 2010-cu il Lissabon sammitində gizli olaraq təsdiq edilib.

NATO-nun Şərqi Avropada yeni tipli raketdən müdafiə sistemlərinin quraşdırılması prosesi başa çatmaq üzrədir. “Avropanın Müdafiəsi” adlanan strategiyaya uyğun olaraq, 2020-ci ilədək sistemlərin quraşdırılması işi bitəcək. Sistemlər Rusiya ilə sərhəd dövlətləri əhatə edir. NATO bunu 30 dövlət üçün nəzərdə tutub. Sistemlər ABŞ-ın Almaniyanın Ramşteyn şəhərindəki bazasından idarə olunacaq.

NATO-nun müharibənin ikinci hazırlıq mərhələsi 2017-ci ilin əvvəlinədək başa çatacaq. Bu məqsədlə 2016-cı ilin sonunadək alman PATRİOT-ları və Hollandiya freqatları Rumıniyada yerləşdiriləcək. Üçüncü mərhələdə - 2018-ci ildə isə ABŞ-ın Polşada raketdən müdafiə sistemlərinin quraşdırılması işi başa çatacaq. 2020-ci ilədək sistemlər tam gücüylə işə salınacaq. Bu sistemlər müdafiə ilə yanaşı, hücumları da nəzərdə tutur.

Hava və quru əməliyyatları

NATO Rusiyaya qarşı hava və quru əməliyyatlarını özündə ehtiva edən döyüş planı hazırlayıb. Raketdən müdafiə sistemləri ilə hava hücumları və bombardmanla rus ordusu zərərsizləşdirilərkən, quru qoşunları əməliyyatlara dəstək verəcək. 2016-cı ilin sonunadək bu məqsədlə Şərqi Avropa və Baltikyanı bölgədə NATO-nun “Qurudan Xəbərdarlıq Sistemi”nin (“Alliance Ground Surveillance-AGS”) quraşdırılması başa çatacaq. Layihə Kopenhagenə Almaniya tərəfindən təqdim olunub. Alyans bununla yanaşı Rusiya təhlükəsinə qarşı əlavə 20 proyekti həyata keçirəcək. Layihələr və AGS Baltikyanı dövlətlərin müdafiəsini nəzərdə tutur.

Savaşın Cənubi Qafqaz cəbhəsi və Azərbaycan

Ukraynaya müdaxilədən sonra Rusiyaya qarşı Avropa İttifaqı və ABŞ-dan tətbiq olunan sanksiyalar, həmçinin rus qoşunlarının Suriyaya girməsinə Ağ Evdən yandırılan “yaşıl işıq” NATO-nun savaş planının tərkib hissəsi idi. Qərb Yanukoviçi devirməsinin Rusiyanın Krımı işğal etməsinə zəmin yaradacağını bilirdi. Yanukoviçi qəsdən devirdilər ki, NATO-nun Rusiyanı vurması üçün kifayət qədər əsası olsun. Həmçinin Rusiya qoşunları İŞİD-lə mübarizə adı altında Suriyaya girəndə Amerika bilirdi ki, hədəf “İslam Dövləti” ilə mübarizə yox, Bəşər Əsədə real dəstəkdir. Bu da Kopenhagenə əlavə arqument verirdi.

Diqqət etmək lazımdır ki, Rusiya Ukrayna və Suriyada möhkəmlənmək işinə baş qarışdırarkən və iqtisadi zərərləri kompensasiya etməyin yollarını axtararkən, həmçinin ucuzlaşan nefti bahalaşdırmaq səylərində olarkən, NATO Şərqi Avropada hərbi qüvvələrinin sayını artırdı. Paralel olaraq, Rusiya işğalına məruz qalmış Moldova və Gürcüstana ordu birləşmələrini yeritdi. Bundan əvvəl baş verənlər Rusiyanın hərbi cəbhələrini şaxələndirmişdi, əlbəttə, bu vəziyyətdə Moskva itirilən post-Sovet məkanına diqqət göstərə bilməyəcəkdi.

Nəticədə Moldova və Gürcüstanın itirilməsiylə razılaşan Rusiya Cənub sərhədlərini (Cənubi Qafqaz) itirməmək üçün Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirdi. Bölgədə Türkiyə və iradəyə tabe edilmiş İran faktorunu nəzərə alan NATO və ABŞ Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə o qədər də önəm vermir. Yəni savaş vəziyyətində Rusiyanın Cənubi Qafqazda edə biləcəyi heç nə yoxdur. Bu nöqteyi-nəzərdən Cənub sərhədləri savaş vəziyyətində Rusiyanın ən zəif həlqəsini təşkil edəcək. Əlbəttə Pakistandan Azərbaycana verilən hərbi dəstək də bura daxil edilir. Digər yandan NATO-nun Rumıniya və Türkiyədəki “Patriot”larını da Rusiyaya qarşı çevirəcəyi bildirilir. Gürcüstanda amerikan hərbi birləşmələrinin olması faktı da diqqətdə saxlanılır.

Rusiya mühasirədə

Rusiyanı MDB məkanında sıxışdırmağa başlayan Qərb Gürcüstan, Ukrayna və Moldovanın NATO-ya üzvlük planını masaya yatırıb. Bir neçə gün əvvəl Çernoqoriyanın alyansa qəbul olunması da bu qəbildəndir. Plana görə, zatən Rusiyaya qarşı savaş açılacaq və bu vəziyyətdə Ukrayna və Gürcüstanın rus işğalından əziyyət çəkməsi öz əhəmiyyətini itirəcək. Gələn il NATO 19 minlik hərbi qüvvəsini Gürcüstan, Moldova və Ukrayna yaxınlıqlarında yerləşdirməyi planlaşdırır. Artıq bunun üçün bölgə dövlətlərindən gizli və açıq müraciətlər də var. Qərb paralel olaraq, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini gündəmə gətirib.

Yaxın aylarda hər iki ölkədə alyansa üzvlük üçün referendumun keçiriləcəyi bildirilir. Savaş vəziyyətində NATO-nun ən zəif mövqeyinin Skandinaviya olduğunu nəzərə alan Qərb İsveç və Finlandiyanı alyansa qoşmaqla bu problemi də həll etmək istəyir. Görünən odur ki, Rusiyanı hərtərəfli mühasirəyə alan NATO savaş hazırlıqlarını planlı şəkildə həyata keçirir ki, qarşıdurma vəziyyətinə qədər rəqibinin nəfəs yollarını bir qədər də daraltsın.

Oxşarlıqlar təkrarlanır

NATO - Rusiya savaşı geniş spektri əhatə etməsi və poliqonda dövlət çoxluğu faktorlarına görə, III Dünya Müharibəsi kimi qəbul olunur. Artıq bunun üçün kifayət qədər faktor və əsas da var. Məsələn, Avstriya-Macargstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinand 1914-cü ildə Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu. II Dünya Müharibəsinin istinad nöqtəsi isə Hitler Almaniyasının SSRİ-yə hücumu oldu. Üçüncü savaş üçün isə nöqtə Rusiyanın bir neçə dövlətə elan etdiyi savaş ola bilər. Həmçinin Rusiyanın NATO üzvü olan dövlətlərə (Baltikyanı) hücum istəkləri təhlükəni bir qədər də artır. Bölgə ətrafında hərbi manevrlərinin sayını artıran Rusiya paralel olaraq, həmin dövlətlərin hava sərhədlərini pozur. NATO xəbərdarlıq edərək bildirib ki, bu hal bir dəfə də təkrarlanacağı təqdirdə silahlar işə düşəcək. Yəni, qorxulu savaş üçün bir qığılcım bəs edir.

Mənsur





Həftənin ən çox oxunanları