Yuxarı

Martin Şultzdan MƏKTUB: “Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır”

Martin Şultzdan MƏKTUB: “Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır”

Xəbər verdiyimiz kimi, aprel ayının əvvəlində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatla əlaqədar Dünya Azərbacvanlıları Assambleyası aprelin 12-də bir sıra nüfuzlu beynəlxalq təşkilatlara müraciət etmişdi. Məktubda Azərbaycan mülki əhalisinin evinə, şəxsi əmlak və can sağlığna ciddi ziyan vuran hərəkəti barədə məlumat verilib, 20 ildən çoxdur davam edən cinayət və işğala son qoyulması, işğal və terrora səbəb olan Ermənistan hakimiyyətinə qarşı beynəlxalq hüququn imkanları çərçivəsində konkret addımlar atılması beynəlxalq qurumlardan və rəhbərlərindən tələb və xahiş edilib. Bu müraciətə cavab olaraq Avropa Parlamentinin prezidenti Martin Şultz DAA Təşəbbüs qrupu rəhbəri Rəşad Quliyevə cavab məktubu göndərib.

Bu barədə Cebhe.info-ya məlumat verən Rəşad Quliyevin sözlərinə görə, məktubda cənab Şultz Ermənistanın işğal etdiyi torpaqları azad etməyin vacibliyini qeyd edib: “Hadisə baş verən günlər 3 aprel tarixində atəşkəsin pozulması ilə bağlı narahatlığımı tərəflərə bildirmişəm. Təcili olaraq 12 aprel tarixində Avropa plenar iclasının gündəliyinə salınmışdır ki, ali təmsilçi , vitse prezident Federica Mogheriniyə bu məsələ ilə əlaqədar debatlara başlamağa icazə verilsin.

Baş vermiş bu hadisə təsdiq edir ki, Avropa Parlamentinin status- kvonun davamlı saxlanılması qəbul edilməzdir. Bu hal gələcəkdə silahlı əməliyyatların baş vermə risqini artırır”.

Sonda çənab Şultz birmənalı olaraq qeyd edib ki, Ermənistan işğal etdiyi əraziləri, həmçinin Dağlıq Qarabağətrafı bölgələri boşaltmalı və beynəlxalq təhlükəsizlik qarantiyası altında qaçqınlar o bölgələrə qaytarılmalıdır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları