Yuxarı

Polşa savaş meydanına çevrilə bilər

Polşa savaş meydanına çevrilə bilər

NATO-Rusiya qarşıdurması reallaşır

“Soyuq müharibə”dən sonra Polşada ən geniş miqyaslı hərbi təlimlər başlayıb. NATO və tərəfdaşları Rusiyadan gələn təhlükəyə qarşı güc nümayiş etdirməyə çalışırlar. NATO üzvü olan ölkələr iyunun 17-ə qədər davam edəcək hərbi təlimlərə 31 min hərbçi və 24 ölkədən 1000 hərbi avtomovillə qatılıb. Hərbi ekspertlər xəbərdarlıq edir ki,  hər hansı uğursuzluq Moskvanın hücum reaksiyasına səbəb ola bilər.

Boyük Brutaniyanın “The Guardian” qəzetinin yazdığına görə, NATO-nun Varşavadakı nümayəndəliyinin hərbi attaşesi deyib ki, ən dəhşətli ssenariyə malik “Anakonda-2016” təlimləri bədbəxt qəzanı, yaxud səhvi ruslar hücum kimi başa düşərlər”.

Rusiya qırıcıları mütəmadi olaraq Skandinaviya ölkələrinin hava məkanını pozur. Aprel ayında isə onlar Baltik dənizində ABŞ-ın “Donald Kuk” hərbi təyyarəsinin üzərində fırlanıblar. Amerika və Polşa məmurlarının Varşavanın bir az kənarda başlatdıqları təlimlər Alyansın hərbi, kimyəvi və kiber təhlükəyə qarşı nə qədər yaxşı əməkdaşlıq qurduğunu sınamaq məqsədi daşıyır. Bu, sülh dövründə Polşa ərazisində xarici müttəfiq qüvvələrin  ən genişmiqyaslı təlimidir. İlk dəfə 1941-ci il iyunun 22-də nasistlər Sovet İttifaqının işğal edəndə alman tankları bütün qərbdən şərqə qədər bütün Polşa ərazisini zəbt etmişdi. İndi isə general-leytenant Marek Tomaşiçin komandanlığı altında 14 min ABŞ, 12 min Polşa, 800 nəfər Böyük Britaniya və NATO-ya daxil olan digər ölkələrdən hərbi qulluqçular iştirak edir.  Qeyd edilən çoxmillətli əməliyyatda şərşənbə axşamı günü Polşanın şimalındakı Torun şəhərində 1130 nəfər paraşütçü (O cümlədən, 500 Amerika və 230 nəfər Britaniya əsgəri) atılıb.  Mühəndislər 300 nəqliyyat vasitəsinin Visla çayını keçməsi üçün körpü inşa ediblər.

Polşalı hərbi ekspert Martsin Zabarovski təlimlərin siyasi əhəmiyyətini belə şərh edib: “Polşa təlimlərə ABŞ və NATO tərəfindən sakitləşdirici tədbir kimi baxır. Mərkəzi və Şərqi Avropa ölkələrinin rel olaraq müdafiəyə ehtiyacı var. “Anakondanın miqyası və keyfiyyəti rusların sərhəddin o tayında daima keçirdiyi təlimlərlə müqayisə oluna bilməz. Buna baxmayaraq, Zabarovski deyib ki, təlimlərin əhatə dairəsi çox gərgindir və bədbəxt hadisələrə gətirib çıxara bilər”.

“Anakonda-2016” NATO-nun iyulun 8-9-da Varşavada keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır. Bu tədbirdə qəbul olunan qərarla xeyli sayda qoşunların və hərbi texnikanın Polşada və Baltikyanı ölkələrdə yerləşdirilməsi təmin ediləcək. Təlimlər ABŞ-ın Rumıniyanın Devesel rayonunda raketdən müdafiə sistemi qurmasından bir neçə həftə sonraya təsadüf edir.  ABŞ bu “qoruyucu çətir”i Qrenlandiyadan Azor adalarına qədər uzatmaq istəyir. Ona görə də may ayında Polşanın şimalındakı Redzikova kəndində  ABŞ  növbəti RMS-nin əsasını qoyub.  Təlimlər Polşa ordusu üçün heç də asan dövrə təsadüf etmir. Belə ki, ötən ilin oktyabr ayında hakimiyyətə millətçilərin Hüquq və Ədalət Partiyası gəlib. Ordu sıralarından 4 nəfər general xaric edilib və məcburi istefeya göndərilib.

Polşanın “Rzeczpospolita” saytı isə baş verənləri genişmiqyaslı müqayisənin göstəricisi kimi şərh edir. “Kiçik müharibəni xatırladan belə manevrlər əvvəllər baş verməyib. Çünki NATO Rusiya ilə hərbi münaqişənmi arzulamırdı. İndi isə vəziyyət dəyişib.  “Anakonda-2016” göstərdi ki, Polşa üçün belə yerdəyişmə Avropanın təhlükəsizliyi üçün əlverişli olub. Belə təlimlər və hərbi əməliyyatların aparılmasına hazırlıq müharibənin həyatı pozmasına dair ehtimallardan daha çox olacaq”.

Mənbə onu da yazır ki, kollektiv təhlükəsizlik bütün Qərb dövlətlərini eyni dərəcədə birləşdirmir. “Anakonda”nın iki aparıcı heyəti ABŞ və polyaklardır.  Almanlar və fransızlar isə sayca çox olmayan öz ordularının möhkəmlədir. “Rzeczpospolita”nın rəyinə görə, əgər NATO və Rusiya arasında hərbi qarşıdurma baş versə Polşa taktiki nüvə sınaqlarının istifadəsi meydanına çevrilə bilər. Rusiya qüvvələri bunu “Qərb” adlı təlimlərdə sınaqdan keçiriblər. Moskva Alyansla şərti güclərini tarazlaşdırmaq üçün hərbi dotrinasına yenidən baxır.  “Anakonda” isə yalnız hərbi qüvvələrin məşq etməsi deyil, həm də nüvə zərbəsi təhlükəsinin qarşısını almaq məqsədi daşıyır. Hər halda  Rusiya da bunun zarafat olmadığını anlayır. Öz növbəsində, NATO da bu siqnalı qəbul etməyə hazırdır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları