Yuxarı

İran və Türkiyə münasibətləri: Dost kimi tutub düşmən kimi vuranlar və pərdəarxası məqamlara düşməyən gün işığı

İran və Türkiyə münasibətləri: Dost kimi tutub düşmən kimi vuranlar və pərdəarxası məqamlara düşməyən gün işığı

Kürd terror təşkilatı olan PKK-ya İranın dəstək verməsi məlum idi. Əsasən Türkiyənin bütövlüyünü hədəfə alan bu terrorçu qruplaşmanın bir qanadı İranda fəaliyyət göstərir, dara düşən PKK liderləri bu ölkəyə sığınırdılar. Amma son zamanlar bunun açıq xarakter alması maraq doğurur. İran bununla nə demək istəyir, məsələnin pərdəarxası məqamları nədən ibarətdir? kurdsSiyasi analitik Arzu Nağıyevə görə, Türkiyə və İran arasında illər boyu ədavət mövcuddur: “Dövlətlər arasında 450 km-lik sərhəd xətti var. Ümumiyyətlə bu ölkələr arasında münasibətə PKK, Iraq, Suriya məsələləri, İranın nüvə proqramı və s. amillər ciddi təsir edib. Əlbəttə, İranın Azərbaycan icması və Türkiyə ilə bizim yaxınlığımız da bu amillərdən biridir. PKK məsələsi bu günkü məsələ deyil, bu, keçən əsrin 80 –ci illərindən başlayıb və İran həmişə onu Türkiyəyə qarşı Qərbin müttəfiqi kimi işlətməyə çalışıb. Amma  90-cı illərdə Türkiyədə islamyönümlü Rifah partiyası hakimiyyətə gələndən sonra İran-Türkiyə arasında qarşılıqlı baxışlar müəyyən mənada dəyişdi. Bir tərəfdən isə ABŞ-ın İraqa təcavüzü və bu hərbi əməliyyatlarda PKK-dan istifadə etməsindən sonra bu terror qpuplaşması İran üçün də təhlükə mənbəyinə çevrilməyə başladı. Eyni zamanda İraqa qarşı əməliyyatlarda Türkiyənin öz ərazisindən Birləşmiş Şatatların istifadəsinə qadağa qoyması da iki islam ölkəsi arasında oxşar maraq fonunu yaratdı. Məlumdur ki, ABŞ Yaxın Şərqdə öz siyasətinin yürüdülməsində kürd faktorundan istifadə etdi və İran başa düşdü ki, bu məsələdə PKK ilə ehtiyatlı olmaq lazımdır. İran ərazisində PKK-nın bir qolu olan PJAK fəaliyyət göstərir və bu qurum “Böyük Kürdüstan” ideyası üçün ABŞ-la hər vaxt müttəfiq ola bilər. Bu isə İrana sərf etmir”.

  1. Nağıyevin fikrincə, yaxın keçmişdə ABŞ-ın İrana girəcəyi haqda fikirlər gündəmdə olanda, PKK ilə ehtiyatla dolanan İran Türkiyə ilə münasibətə xüsusi önəm verirdi: “Bundan başqa İranın çəkindiyi qrup olan “Mücəhiddini xalq” PKK ilə tərəfdaşdır və ABŞ ona köməklik edir. Yəni, bu gün İranın müəyyən dərəcədə PKK ilə münasibətləri bu problemlərdən doğur. Türkiyə ilə düşmənçilik deyil, Qərbin münasibətinə görə PKK ilə ehtiyatla hərəkət edir.
Son olaylarda PKK-nın Türkiyə ərazisində İran vətəndaşları ilə yaratdığı münaqişəyə görə İran sorğu da göndərdi və bəyanatla çıxış etdi. Bir sözlə, burada hərənin öz mənafeyi var və bu istiqamətdə də mövqe nümayiş etdirir”. Politoloq Tofiq Abbasov deyir ki, ötən əsrdən bəri İraq kürdləri İranın timsalında himayədar tərəfi görürdülər: “Hələ İranda şah rejimi olanda, Həsən Əl-Bəkr, sonra da Səddam Hüseyn hakimiyyətləri zamanı İraqda kürdlərə qarşı əsl diskriminasiya siyasəti yeridilirdi. İran kürdlərinin vəziyyəti isə nisbətən qənaətbəxş idi. Ən azı bu zəmində, yəni, Tehranın milli məsələdə daha uzaqgörən siyasət yürütməsi kürdləri İrana yaxınlaşdırırdı. Lakin İranda islam inqlabı baş verdikdən sonra yerli kürdlər də separatizm meylinə vararaq qiyam qaldırmaq istədilər. Bu məsələdə isə Türkiyə ilə İraqın əlinin olması üzə çıxdı. Problem ondadır ki, 4 məmləkətdə kürd problemi olduğundan Tehran, Ankara, Bağdad və Dəməşq həmişə çalışırdılar ki, kürd probleminin ağırlığını qarşı tərəflərin üzərinə yıxmaqla özlərinə əlverişli şərait qazansınlar”. Politoloq hesab edir ki, indiki vəziyyətə gəldikdə  mövcud durumu qəlizləşdirən odur ki, Tehranla Ankara arasında ciddi ziddiyyətlər var: “Hər iki tərəf bölgə siyasətini öz baxışları və prioritetləri prizmasından qiymətləndirir. Problemlərin həllində isə istər-istıəməz iki qonşu ölkə həm də kürd probleminin dağıdıcı tərəfini rəqibə qarşı yönəltməyə çalışır. İran Türkiyə ilə Suriya böhranı ətrafında konsensusa gələ bilmədi. Trükiyə açıq bəyan etdi ki, Tehranın hegemonluq kursuna zidd çıxaraq Bəşər Əsədin hakimiyyətindən getməsinə çalışacaq. Bu isə Tehrana qarşı açıq təhdid olduğundan, İran kürdləri dəstəkləməyə başladı. Bu vəziyyətdə Ankara ciddi səhfə yol verdi. Suriyada İŞİD-ə qarşı döyüşən kürdlərin mövqelərini bombalamaqla Türkiyə özünə bütün kürdləri düşmən etdi”. 282180_427848 İran Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edir   Politoloq deyir ki, digər tərəfdən isə İran indi Türkiyəni açıq şəkildə İŞİD-ə dəstək verməkdə ittiham edir: “Artıq İran mənbələri gizlətmirlər ki, İŞİD-in bazara çıxardığı qaçaqmal neft Türkiyə prezidenti Ərdoğanın oğlu Bilal Ərdoğana məxsus şirkəti vasitəsi ilə satılır. Bununla yanaşı, Türkiyə ərazisindən İŞİD-ə lazım olan silah-sursat, canlı qüvvə, digər vəsait daşınır ki, bu da bölgədə vəziyyəti xeyli gərginləşdirir. Nəhayət, Tehran artıq dəqiq bildirir ki, Türkiyənin cənub-şərqində, Şanlı-Urfa yaxınlığında gizli hərbi hospitallar şəbəkəsində İŞİD birləşmələrinin yaralıları müalicə-reabilitasiya köməyi alıb, sonra yenə Suriyada qanuni hökumətə qarşı vuruşurlar. Deyilənə görə, həmin hospital şəbəkəsinə isə prezident Ərdoğanın yaxın qohumları rəhbərlik edir. Buna görə də iki qonşu dövlət arasında indi siyasi ixtilafın olması onları sövq edir ki, əldə olan imkan, vasitə və qruplardan istifadə etməklə qarşı tərəfə problem yaratsın. Bu işdə bölgə kürdləri İrana daha çox meyl göstərirlər. Hətta Mustafa Bərzani, İraq kürdlərinin rəhbəri kimi əgər bu yaxınlara qədər Ərdoğanla iş birliyi qurmuşdusa, indi o və ona yaxın çevrələr  Ankara ilə məsafəli münasibətlərə keçməli olur. İran isə bundan istifadə etməyi özünə borc bilir ki, mövqelərini daha da etibarlı qura bilsin...”   “İran PKK-ya dəstək verir” Politoloq Mütəllim Rəhimli isə deyir ki, İran regional nüfuza malik və regionda siyasi oyunları yönəltmək iddiasında olan və bunun üçün ardıcıl çalışan ölkədir: “Uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, İran Fələstində İsrailə qarşı hücumları dəstəkləyib, indi də bu fəaliyyətini davam etdirir, Əfqanıstanda və Yəməndə siyasi prosesləri yönəldərək onunla hesablaşmağın zəruriliyini göstərir. Ona görə də qeyd etmək lazımdır ki, İranın PKK-ya münasibətinin arxasında da regionda siyasi prosesləri nəzarətdə saxlamaq istəyi dayanır. İran bununla həm regionda özündən güclü dövlətin olmaması niyyətini güdür. Çünki regionda nüfuz sahibi olan Türkiyə üçün PKK-nın varlığı problemdir və onun daxilində sabitliyin yaranmasını əngəlləyir, inkişafına mane olur. Məhz buna görə İran PKK-ya dəstək verir, lakin bu o demək deyil ki, onun PKK-ya sevgisi və ya simpatiyası var. Digər tərəfdən, bu addımı ilə kənardan qurulan oyunların ssenarisində və layihələrdə özünün maraqlarını ifadə edə bilən nüansları müəyyənləşdirərək ondan bəhrələnməyə çalışır. Ümid edirəm ki, regionun iki güclü ölkəsi – İran və Türkiyə arasında anlaşma yaranacaq və bu da bölgəyə sabitlik və sülh gətirəcək”. Politiloq Tural Alıyev Türkiyədə baş verən terror hadisələri və döyüş əməliyyatları nəinki Türkiyə cəmiyyəti, həm də bölgənin digər ölkələri üçün də ürəkaçan olmadığını düşünür.  “Bəzən ictimaiyyətdə belə bir fikir formalaşıb ki,Türkiyədə kürd problemi var. Əsla belə deyil. Bu gün Türkiyədə terror və PKK problemi var. PKK-nın silahlı müqavimətini kürdlərin azadlıq müharibəsi kimi qələmə vermək istəyən qüvvələr mövcuddur. Qorxulu nüans məhz budur. Türkiyə mürəkkəb geosiyasi bölgədə yerləşdir. Regionda qanlı müharibələr gedir. Suriya ilə sərhəddə ara-sıra silahlı toqquşmalar baş verir. İŞİD terror qruplaşması region və dünya üçün artıq böyük təhdidə çevrilib. Bəs PKK terror təşkilatının yaranma səbəbi və arxasında duran qüvvələrin məqsədi nədir? Türkiyə, heç kimə sirr deyil ki, yarandığı gündən regional güc kimi çıxış etməyə başlayıb. Əgər bir dövləti və cəmiyyəti xaricdən dağıtmaq mümkün deyilsə, daxili çaxnaşmalar yolu ilə buna nail olmaq istəyirlər. Təəssüf ki, bəzən buna nail olurlar. İstər siyasi, istər terror vasitəsi ilə çirkin planlar həyata keçir. Xüsusi ilə bu il Türkiyə üçün sınaqlar ilidir. İyun ayında parlamentə seçkilər keçirildi. Lakin, hökümət qurulmadı. Koalisiyon hökümət formalaşa bilmədi. Hökümətin formalaşmdığından istifadə edən bəzi qüvvələr hərəkətə keçdi. Yuxarıda qeyd etdiyim ki, Türkiyənin regional güc kimi çıxış etməyi, bəzi dünya və region ölkələrini narahat edir. Düşünürəm ki, bu dövlətlərdən biri İrandır”. O, əlavə edir ki, bunun həm tarixi, həm siyasi, həm də iqtisadi səbəbləri var: “Türkiyə ilə İran arasında münasibətlərin soyuq olmasının səbəblərindən biri Suriyadakı mövcud durumdur. Bildiyiniz kimi, Türkiyə B.Əsəd rejiminə qarşıdır. İran isə Əsədi dəstəkləyənlər arasındadır. Yəməndə gedən proseslər iki ölkəni qarşı-qarşıya qoyub. İranın PKK-ya dəstək verib-verməməyi rəsmi şəkildə dilə gətirilməyib. İran rəsmi qaydada PKK-nı dəstəklədiyini bildirməz, əksinə inkar edər. Amma mətbuat səhifələrində bəzi hallarda İranın PKK-ya dəstək verməsi və ya PKK liderlərinin mütəmati olaraq İran ərazisinə keçdiyi barədə informasiyalar yayılır. Ancaq qeyd etdiyim ki, İranla Türkiyə arasında tarixən siyasi toqquşmalar olub. Digər bir səbəb kimi eyni dinə sitayiş etmələrinə rəğmən, baxışların müxtəlifliyi, sünni və şiə qollarına mənsubluğu bir qədər də problemləri dərinləşdirir. İkinci faktor, İranda etnik türklərin çoxluq təşkil etməsidir. İran bu faktora görə həmişə narahatdır. Xatırlayısınızsa, bu ilin aprelində Türkiyə prezidenti R.T.Ərdoğanın İrana rəsmi səfəri baş tutdu. Bir çox məsələlər gündəlikdə olsa da, əsas məsələ İranın Türkiyəyə satdığı təbii qazın qiymətin qaldırması idi. Lakin məsələ həllini tapmadı. Demək ki, Türkiyə ilə İran arasında problemlər mövcuddur. İran zəif dövlət deyil. Son zamanlar regionda aktivliyini artırıb. Xüsusən də, Suriya və Yəmən məsələsində əsas oyunçulardan biri sayılır. Təbii olaraq, İransız bölgədə hər hansı münaqişəni həll etmək real görünmür. Yuxarıda qeyd etdiyim ki, Türkiyə ilə İran arasında Suriya və Yəmən problemlərinə baxış bucağı fərqli olduğundan, Türkiyəni zəiflədib güc mərkəzi kimi meydandan sıxışdırıb çıxarmaq üçün PKK sadəcə alət kimi istifadə edilməkdədir”. Poloitoloq onu da vurğulayır ki, İranın nə dərəcə də PKK-ya dəstək verməsi tam olaraq sübuta yetirilməyib: “Ancaq aysberqin görünən tərəfi odur ki, Türkiyənin güclənməsi və regionda söz sahibi olmaq istəyi İranı narahat etməyə bilməz. İranın strateji tərəfdaşı olan Suriya hakimiyyətinə qarşı Türkiyənin fəaliyyəti İranı qıcıqlandırır. Bu cəhətdən maraqlar toqquşur. Sadalanan problemlərin ciddi və dərin olmasına baxmayaraq, İranla Türkiyənin ortaq maraqları da var. Birinci növbədə regionun sabitliyi. Hər iki dövlət çox yaxşı başa düşür ki, regiondakı destabilizasiya hər iki dövlətin və xalqın marağına ziddir. Bu həmçinin böyük iqtisadi layihələrin həyata keçirilməsinin qarşısın alır. İŞİD-ə qarşı mübarizə və onun kökünün kəsilməsi İranla Türkiyəni yaxınlaşdıra bilər. Düşünürəm bu daha uğurlu addım olar hər iki dövlət tərəfindən”. Cavad





Həftənin ən çox oxunanları