Yuxarı

"Oktoberfest"-ə qatılmaq üçün həbsxanadan qaçmağa çalışdı

Cebhe.info Almaniya  mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərində 17 yaşılı bir məhkum dünyaca məşhur pivə festivalı Oktoberfest'ə gedə bilmək üçün həbsdən qaçmağa cəhd etdi. Üzərindəki məhkum paltarlarını kəndir kimi istifadə üçün çıxaran gənc  yalnız alt paltarları ilə qaldı. 18 metr yüksəklikdəki binanın damında təxminən bir saat qalan gənc, aşağıda toplanıb fotoşəkilini çəkənlərə "Facebook'a qoyun" deyə səsləndi. 15 polis və həbsxana nəzarətçilərinin  səyləri nəticəsində  gənc təslim oldu. Həbsxana Müdirinin Köməkçisi Mariona Hack, gəncin hadisə əsnasında spirtli içki və ya narkotik təsiri altında olmadığını da söylədi.





Həftənin ən çox oxunanları