Yuxarı

Kürd xalqı HDP-nin ardınca getməyəcək

Kürd xalqı HDP-nin ardınca getməyəcək

Dəmirtaşın partiyası ciddi səs itkisi ilə üzləşəcək demirtaşNoyabrın 1-də Azərbaycanla yanaşı Türkiyədə də parlament seçkiləri keçiriləcək. Ciddi mübarizə şəraitində keçəcəyi gözlənilən seçkilərdə AKP, CHP, MHP və HDP-nin siyasi arenadakı gücləri bilinəcək. Bir sıra analitiklər hesab edir ki, 1 noyabr seçkiləri Türkiyə tarixində bir sıra yeniliklərlə yadda qalacaq. Ekspertlər fikirlərini bununla əsaslandırır ki, hazırda Türkiyə daxilində baş verən qanlı terror olayları, üstəlik AKP-nin qurultayında ciddi dəyişiklərə getməməsi hakim partiyanın gücünü zəiflədib. Əhməd Davudoğlunun terrorçuluğa qarşı mübarizə çərçivəsində atdığı addımlar, yüzlərlə şəhidin qanının yerdə qalması xalqın qəzəbinə səbəb olub. Keçirilən rəy sorğuları da AKP-nin bu seçkilərdə ciddi uğur qazana bilməyəcəyini şərtləndirir. Paralel olaraq HDP-nin də 10 faizlik baryeri aşacağı ciddi sual altındadır. Məsələ burasındadır ki, HDP-nin əsas dayaqlarından olan Diyarbəkrdə yerli vətəndaşlar bu partiyanın yürütdüyü siyasətə etiraz edirlər. Türkiyə mətbuatında yer alan məlumatlara görə, partiya fəalları Türkiyə daxilində baş verən terror hadisələrində HDP-ni qınayır, partiya liderlərini bu yoldan çəkindirmək üçün səy göstərirlər. Yerli vətəndaşlar həmçinin Abdulla Öcalanın “Silahı yerə qoy” çağırışlarına məhəl qoymayan partiyadaşlarına qarşı ciddi addım atacağı gözlənilir. Bu addım isə sözügedən partiyanın seçkilərdə istədiyi nəticəyə nail ola bilməyəcəyi ilə ölçülür. 2015 secimTürkiyədə bu aralar yürütdüyü siyasətlə CHP və MHP-nin müəyyən uğur əldə ediləcəyi gözlənilsə də ikincinin vəziyyəti eləcə də ürəkaçan deyil. MHP cameəsindəki istefalar, partiya daxilində baş verən tənəzzül Dövlət Bahçelinin planlarını alt-üst edib. MHP-nin qurucusu Alparslan Türkeşin böyük oğlu  Tuğrul Türkeşin və milliyyətçi camədə böyük nüfuza malik olan Sinan Oğanın partiyadan xaric edilməsi MHP-də gərginlik yaradıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, təkrar seçkidə MHP-nin nailiyyəti ötən seçkilərdən yüksək  olmayacaq. CHP-nin seçki şanslarını dəyərləndirən ekspertlər hesab edir ki, bu partiya növbəti seçkilərdə müəyyən üstünlüyə malik olacaq. AKP və MHP-də baş verən böhranın  CHP-nin işinə yarayacağını bildirən ekspertlər hesab edir ki, ana müxalifət partiyası bu seçkilərdə 30-40 faiz  səs alacaq. Ekspertlərn qənaətinə görə, hazırda türk lirəsinin dollar qarşısında duruş gətirə bilməməsi və məlum terror aktları hakim partiyaya olan inamın itməsinə səbəb olub. Bundan səmərəli istifadə edən CHP-lilər narazıları öz ətrafına toplamağı bacarıb. Ümumilikdə, 1 noyabr seçkilərinin gərgin şəraitdə keçəcəyi proqnozlaşdırılır. Terrorçularla razılığın əldə olunmaması və demək olar ki, hər gün terror hadisələrin baş verməsi seçki günü törədilə biləcək hər hansı təxribatların qaçılmaz olduğunu ortaya qoyur. Məhz buna görə də, ümumən seçkilərin sönük çəkildə keçəcəyi və seçicilərin seçkidə aktiv olmayacağı bildirilir. Ayxan  





Həftənin ən çox oxunanları