Yuxarı

Bakı ermənisi çevriliş hazırlayır

Bakı ermənisi çevriliş hazırlayır

Arsen Avakov bu məqsədlə ordu yaradıb

Nazirin erməni xisləti üzə çıxır

Ukraynanın daxili işlər naziri Arsen Avakov son günlər diqqət mərkəzindədir. Milliyyətcə erməni olan A.Avakovun adı bir sıra cinayətlərdə və kriminal xarakterli qalmaqallarda hallanır. Sentyabrın 14-də Ukraynanın Baş Prokurorluğu onun barəsində korrupsiya ittihamı ilə cinayət işinin açıldığını bəyan etmişdi. Eyni zamanda Ukraynadakı azərbaycanlı iş adamlarının müəmmalı şəkildə yoxa çıxmasında və qətlə yetirilməsində daxili işlər nazirinin əlinin olması barədə şübhələr var. Ona görə də Ukraynadakı azərbaycanlı icmasının nümayəndələri sentyabrın 14-də Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Mitinqə toplaşanlar cinayətkarların aşkara çıxarılıb cəzalandırlmayacağı təqdirdə bütün Ukrayna ərazisində oturaq aksiyalara başlayacaqlarını bəyan ediblər.

Arsen Avakovun barəsində açılmış cinayət işinin dayandırılması və guya təsdiqini tapmaması barədə verilən rəsmi açıqlama Ukrayna hökumətinin bu məsələyə yanaşması ilə bağlı şübhələr oyadır. Bəzi siyasi ekspertlər isə hesab edirlər ki, Arsen Avakov Ukrayna prezidenti Pyotr Poroşenko ilə eyni bloka daxil olmadığından, dövlət başçısı koalision hökumətdə onu vəzifəsindən kənarlaşdıra bilmir. Ancaq A.Avakovun əməlləri barəsində getdikcə ortaya çıxan şok xarakterli informasiyalar onun hökumətdən kənarlaşdırmağa prezidentin və baş nazirin gücü çatmadığı qənaətini yaradır. Məlum olur ki, Bakıda anadan olmuş erməni nazir Ukrayna hökumətinin daxilində güc mərkəzinə çevrilib. Hətta bu təhlükə o qədər böyüyüb ki, A.Avakovun Ukraynada dövlət çevrilişi edə biləcəyinə dair məlumatlar yayılıb.

Poroşenko üçün real təhlükə

Cebhe.info-nun Rusiya mediasına istinadən yazdığına görə, daxili işlər naziri millətçilərdən ibarət “Azov” alayının saxlanılmasında və himayə edilməsində ittiham olunur. Bu alay onun şəxsi ordusu hesab olunur. Nazir “İnter” telekanalına hücumun təşkil edilməsində, hətta dövlət çevrilişinin təşkilində və prezident Poroşenkonu vəzifəsindən kənarlaşdırmaq cəhdində ittiham təqsirli bilinir.

Xatırladaq ki, Arsen Avakov daxili işlər naziri postuna Ukraynada “Maydan” inqilabından sonra təyin edilib və bir neçə dəfə hökumətdə vəzifə tutub. Buna baxmayaraq, onun mövqeyi sarsılıb. Avakovun barəsində prezident Poroşenko ilə xaç atası olan Ukraynanın baş prokuroru Yuri Lutsenkonun özü cinayət işi qaldırıb. Nəzarət İdarəsininin rəhbəri araşdırmanın hansı maddə üzrə aparıldığını dəqiqləşdirməyib. Korrupsiya Əleyhinə Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninə ünvanlanmış müraciətləri göstəriblər. O da öz növbəsində baş verənlərlə bağlı təəccübünü bildirib. Şabuninin sözlərinə görə, DİN-də korrrupsiya ilə bağlı araşdırma aparmaq Baş Prokurorluğun səlahiyyətlərinə aid deyil. O, həmçinin Nəzarət İdarəsində işin başlanılması üçün əsas olan hansı müraciətlərdən söhbət getdiyini bilmədiyini deyib. Beləliklə, sentyabrın 14-də Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan cinayət işinə xitam verildiyini bildirib. Onun sözlərinə görə, deyilən faktlar öz təsdiqni tapmayıb.

Bununla yanaşı, daxili işlər nazirinin xüsusi təyinatlılar üçün bel çantaları alınması ilə bağlı ortaya çıxan fakt jurnalistlər tərəfindən böyük qalmaqal kimi qarşılanıb. Yanvar ayında gizli kamera ilə çəkilmiş videogörüntüdə Avakovun oğlu Aleksandrın daxili işlər nazirinin sabiq müavini Sergey Çebotarla Milli Qvardiyanın şöbələrinə bel çantaları və digər geyim ləvazimatlarının göndərilməsi barədə razılaşma faktı öz əksini tapıb. Bel çantaları həqiqətən alınıb. Amma Baş Prokurorluğun araşdırması zamanı məlum olub ki, hər bir çanta üçün bazar qiymətindən altı dəfə baha qiymətə pul ödənilib. Buna görə də Baş Prokurorluq cinayət işi açıb. Digər tədarükçü firma ilə-xarkovlu Vladimir Litvinlə Avakovun digər oğlunun da əlaqəsinin olması barədə məlumat var. Bu işin araşdırılmasında hər hansı irəliləyişin olması barədə xəbər yoxdur. Bundan başqa, Avakova yaxınlığı ilə seçilən kommersiya strukturları Xarkov yaxınlığında on hektarlarla sahəni mənimsəməkdə şübhəli bilinir. Ali Radanın deputatı Sergey Leşenko daxili işlər nazirinə yaxın şəxslərin 40 milyon dolları Ukraynadan çıxararaq Panamadakı offşor zonalardakı şirkətlərin hesabına köçürməsindən şübhələnir. DİN-in tabeliyində olan Ukrayna Milli Qvardiyasının təhlükəli vəziyyəti ilə bağlı daha çox ittihamlar səslənir-Qaçaqmalçılıq, qanunsuz zorakılıq, Donbassda güc strukturlarının soyğunçuluğu ilə bağlı dəyişkən xəbərlər gəlir.Son vaxtlar isə postmaydan hakimiyyətinin uzunmüddətli vizit kartı sayılan yenilənmiş Ukrayna polisi ilə bağlı qalmaqal qopdu. Statistikaya görə, son illər Ukraynada cinayətkarlığın sayı əhəmiyyətli dərəcədə artıb. Avakovun özünün dediyinə görə, kriminogen durumun pisləşməsi polisin üstü açılmayan cinayətləri bağlaması, silahların asanlıqla əldə edilməsi və əhalinin yoxsulluğu ilə bağlıdır. Ona görə də nazir cinayətkarlığın 30-40 faiz artdığını etiraf edib.

“O, istefa verməlidir”

Arsen Avakov üçün qanunverici hakimiyyətdə heç də hər şey hüquq-mühafizə orqanlarında olduğu qədər asan deyil. Avqust ayının sonunda Ali Radada DİN rəhbərinin səlahiyyətlərinin alınmasını nəzərdə tutan qanun layihəsi qeydiyyatdan keçib. Maraqlıdır ki, bu təşəbbüslə prezident “Pyotr Poroşenko Bloku”nun fraksiyasından olan deputat Sergey Kaplin çıxış edib. “Biz mafioz sprutla davamlı mübarizə aparmalıyıq. Avakov əleyhinə təsdiq olunmuş ittihamlar var. O, yalnız istefaya getməməlidir, həm də qanun qarşısında cavab verməlidir”-parlament üzvü belə deyib. Qanun layihəsinin gələcək perspektivi hələlik dumanlıdır. Avakov hökumətdə Arsen Yasenyukun başçılıq etdiyi Xalq Cəbhəsi Partiyasını təmsil edir. Koalisiyanın dağılması Radaya yeni seçkilərin keçirilməsini zəruri edir. Bu halda bu və ya digər qüvvə çoxsaylı mandat qazanacaq.

Ukrayna KİV-in verdiyi məlumata görə, prezident Poroşenko hadisələrin inkişafının daha bir mümkün variantını nəzərdən keçirir. “RBK-Ukraina”nın əldə etdiyi məlumata görə, Pyotr Poroşenko Arsen Avakovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovla əvəzləmək istəyir. Burada şəxsi heç nə yoxdur. Sadəcə olaraq, prezident bütün güc strukturlarına nəzarət etdiyinə əmin olmaq istəyir. Amma o, Avakovu öz adamı saymır. Cinayət işinin açılması Ukraynada DİN-ə tabe olan “Azov” vətəndaş alayının fəallaşması ilə üst-üstə düşüb. Milli Qavardiyaya daxil olan millətçilərin döyüşlərin fəal getdiyi bölgələrdən uzaqda-Kiyevdə tikinti meydançalarını dağıtması, tariflərin artırılması əleyhinə aksiyaları təşkil etməsi, məhkəmə iclaslarının qarşısında piketlər keçirməsi jurnalistlərin diqqətini cəlb edib. “Strana.ua” bütün bunların dövlət çevrilişinə hazırlıq məqsədilə təşkil edildiyini yazır. “Azov” müxtəlif proqnozlarda artıq çoxdan “Üçüncü Maydan”ı törədə biləcək hipotetik aparıcı qüvvə kimi yer alır. Hətta “azovçular” Avakovun özünəməxsus qalxanı kimi nəzərdən keçirilir. Əgər daxili işlər nazirini vəzifəsindən çıxartmaq istəsələr o, sürətlə qılınca çevriləcək.

Nazirin hakimiyyət iddialarını Radanın divarları arasında bir daha xatırladıblar. Fraksiyadankənar deputat Vladikir Parasyuk qeyd edib ki, hakimiyyəti zorakılıqla “Azov” alayı devirə bilər. O, bildirib ki, digər könüllü taqımlar bilərəkdən buraxılıb və prezident Poroşenkonun nəzarətinə keçib. Yalnız “Azov” dövlət başçısı ilə münasibətləri yaxşı olmayan Avakovun tabeliyində saxlanılıb.

Spiker Avakova dəstək verir?

Sergey Leşenko isə bildirib ki, daxili işlər naziri bütün silahlı qüvvələrə təsir göstərir. Nazir buna görə siyasi liderliyə qadir ola bilər. Bu isə daim riskdir.

Ukrayna parlamentinin sabiq deputatı Oleq Sarev isə avqustun ortalarında deyib ki, Avakov dövlət çevrilişi məqsədilə “Kiyev” mehmanxanasında, Ukrayna paytaxtının mərkəzində özünə qərargah hazırlayıb. Onun sözlərinə görə, dövlət çevrilişində Ali Radanın spikeri Andrey Parubiy Avakova yaxından kömək edir edir. Avakov özü isə çevriliş barədə deyilənləri axmaqlıq adlandırıb. Onunla çevriliş barədə dostcasına söhbət edib.

Məsələni şərh edən Ukrayna Analiz və Menecment İnstitutunun direktoru Ruslan Bortnik hesab edir ki, Arsen Avakov və Xalq Cəbhəsi hazırda hücuma deyil, müdafiəyə hazırlaşır. Avakovun özünün reytinqi isə populyarlığına görə, digər siyasətçilərdən o qədər fərqlənmir. Politoloqun sözlərinə görə, ölkədə siyasi gərginlik sosial-iqtisadi böhran fonunda baş verə bilər: “Avakov isə hakimiyyəti özü götürməyə hazırlaşmır. Dövlət strukturlarının dağılması şəraitində hökumətdən kimsə buna cəhd edə bilər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları