Yuxarı

Tbilisidə yaşayan rus: “Hələ də 2 tapança saxlayıram"

Tbilisidə yaşayan rus: “Hələ də 2 tapança saxlayıram

“Kvemo-Kartlidən azərbaycanlıları qovmaq istəyirdilər” Rusiyanın «Qazeta.Ru» saytı SSRİ dağılandan sonra ittifaq respublikalarında yaşayan müxtəlif millətlərin həyatı ilə bağlı layihə həyata keçirir.Layihənin növbəti qonağı Gürcüstanın paytaxtı Tbilisidə yaşayan ruslar olub. Cebhe.info həmin materialı təqdim edir: Gürcüstan. Georgi Mamayev, 54 yaş: “Mən Tiflisdə doğulub böyümüşəm. İki dil bilirəm.Gürcü və rus dillərində sərbəst danışıram.Hadisələr başlayanda, yəni 1989-1991-cu illərdə mən artıq evlənmişdim. O, şəhərin birinci gözəli idi. Mən zarafat etmirəm, onun razılığını almaq üçün mən hətta Kommunist Partiyasının yerli rəhbərlərindən biri ilə də mübarizə aparırdım.Biz artıq evlənmişdik və 2 uşağımız vardı.Mənin arvadım öz gürcü soyadını rus soyadı ilə əvəz etmişdi.Bu, bizim sonrakı həyatımıza yəqin ki, təsirsiz qalmadı.Mən o zaman memar işləyirdim.Şəhərdəki bir çox binaların layihələndirilməsində iştirak edirdim.5 il bu sahə üzrə təhsil almışdım”. Amma sonra məlum oldu ki, artıq bu iş Gürcüstanda heç kəsə lazım deyil. Hələ 1990-cı ildə Gürcüstanın o zamankı rəhbəri Zviad Qamsaxurdiya öz məşhur şüarını irəli sürmüşdü: “Gürcüstan gürcülər üçündür”. Respublikada yaşayan osetinlərə hücumlar başladı.Azərbaycanlılar qovulmağa cəhd edildi.Kvemo-Kartli bölgəsindən azərbaycanıları qovmaq istəyirdilər.Onlar orada Bolnisi və Dmanisidə etnik çoxluq təşkil edirlər.Ruslara bu, birbaşa dəymirdi, amma o zaman mənim tanışlarımın bir çoxu artıq Tbilisini tərk etmişdi.Onlar hər ehtimala qarşı şəhərdən çıxıb gedirdilər.Çoxu öz əmlakını dəyər-dəyməzə də satmışdı. Ancaq çox az adam vardi ki, əmlakını həqiqi dəyərinə sata bilmişdi. Onların belə hərəkət etməyə hər cür əsası vardı.1991-ci ilin dekabrında Milli Qvardiyanın rəhbəri Tengiz Kitovanı ilə prezident Qamsaxurdiya arasında müharibə başladı.2 həftə ərzində bu müharibə şəhərin mərkəzindəki Rustavelidə davam etdi.Hadisələrdə hətta BTR və tanklardan da istifadə olundu.Mənim arvadımın mənzili də bu küçədə yerləşirdi, 9 oktyabr parkına yaxın idi. Arvadımı və uşaqlarımı mən hadisələr zamanı evdən çıxarıb Vladiqafqaza aparmağa nail olmuşdum. Düşünürdük ki, mənzili sataq, yoxsa yox.Müharibə artıq evə qədər gəlib çatmşdı, orda isə Allaha şükür ki, ancaq mən var idim. “5 saatlıq əzabdan sonra əlimdə öldü” Hətta bir dəfəsində evin qapısını hadisə iştirakçılarından kimsə döydü.Onu qarnından yaralamışdılar.Qışqırırdı və onun nə dediyini anlamaq mümkün deyildi.Mən onu mənzilə apardım, kömək etməyə çalışırdım.Ancaq nə edə bilərdim?Mənim tibb təhsilim yox idi.Təcili tibbi yardım çağırsaydım, gələrdi və qəribədir ki, mən onu çağıra bilmirdim.Çünki evdə heç telefon da işləmirdi.Bir sözlə, o, mənim əlimdə öldü.Həm də 5 saatlıq əzabdan sonra.Bundan sonra ikinci komanda üçün döyüşənlər gəldilər.Onlar bilirdilər ki, burda mənim heç bir rolum yoxdur.Ancaq buna baxmayaraq meyiti özləri ilə apardıqları zaman məni də möhkəm döydülər.Sümüklərimi sındırdlar, onlar çıxıb gedəndən sonra mən hətta dişlərimin yarısını tapa bilmədim. “Arvadımı 2 silahla müşayiət edirdim” Vətəndaş müharibəsi daha 3 il davam etdi. Mən bunu Abxaziya hadisələri barədə demirəm.Necəsə yaşamq lazım idi.Mənim köhnə dostum olan gürcünün İstanbulla hansısa əlaqələri vardı. O, biznesə bənzər nəsə etmək istəyirdi. Türkiyədən nəsə gətirib Gürcüstanda satmaq. Ona etibarlı adam lazım idi və belə mən bu işə başladım. O zaman Tbilisidə küçədə silah da almaq olardı. Açıq-aşkar.Mən özümlə iki tapança götürürdüm, hər ehtimala qarşı.Tbilisidə olanda arvadımı hər yerə özüm müşayiət edirdim və özümlə silah götürürdüm.Mən olmayanda isə ona evdən bayıra çıxmağı qadağan etmişdim.Uşaqları məktəbə aparmaq əsl problem olmuşdu.Yerli tiflislilərlə bizim yaxşı əlaqələrimiz vardı. Mən olayanda dostlarım uşaqlarımı məktəbə ötürür və qarşılayırdılar.5 il mən ailəmi tək saxladım, biznes pis getmirdi. Ölkədə işə düzəlməklə bağlı ciddi problemlər vardı.Xüsusilə, dövlət orqanlarına aid idi.Vətəndaş müharibəsi də hər şeyi dəyişmişdi.Bir çoxlarımızın dostluq, qohumluq əlaqələri dağılmışdı.Elə ki Gürcüstan ərazisindən Zaqafqaziya Hərbi Dairəsini çıxartdılar əsl problemlər başladı.Bir çox ruslar oradakı əsgərlərin qohumu idi.Hərbi əməliyyatlar bitəndən sonra vəziyyətdə bir az dəyişiklik oldu”. “Ruslarla gürcülər hətta evlənirlər” “Ruslara həmişə Gürcüstanda loyal yanaşıblar.Mən gəncləri nəzərdə tuturam.İnsanlar normal yaşamaq istəyirdilər, işləmək, uşaq dünyaya gətirmək istəyirdilər. O zaman orda qalan ruslarla gürcülər bir-birlərilə münasibət yaradır, hətta evlənirdilər. Şevarnadze isə onlara ancaq korrupsiyanın ən yüksək mərhələsini vəd edə bilirdi.Ən aşağı əmək haqqı, Suxumi və Sxinvalini qaytarmaq barədə ritorik çıxışlar.Mənim uşaqlarım belə şəraitdə məktəbi bitirəndə mən əlimdən gələn hər şeyi etdim ki, onlar Moskvaya getsinlər.Buna nail oldum. İki oğlum da qayıtmadı. Böyük oğlm Moskvada qaldı, inşaat mühəndisliyi oxudu və yaxşı iş tapdı. Kiçik oğluma isə Moskva çox darıxdırıcı gəldi və o, isveçli ilə evlənərək Stokholma köçdü. “Tapançaları hər ehtimala qarşı hələ də saxlayıram” Saakaşvali hakimiyyətə gəldi.Arvadımla mən bunu necə qarşıladıq? Bir tərəfdən onun çıxışlarında antirus mövqeyi hiss olunurdu. Təhsil müəssisələrində tədricən rus dili sıxışdırılırdı. Nəticədə ind gürcü gənclərinin rus dili ilə problemi var. Onlar bu dili heç anlamır. Əvəzində hamısı ingiliscəni öyrənir. İkinci tərəfdən, bu siyasətçi az qala korrupsiyanın kökünü kəsdi və məmurları daha yaxşı işləməyə vadar etdi. Hətta mən arvadımla balaca kafe də aça bildim. Onu mənim arvadımın adına sənədləşdirdik. Osetiyada 2008-ci il münaqişəsindən sonra nə qədər qəribə olsa da mən heç küçədə də özümə qarşı mənfi münasibət hiss etmədim. Baxmayaraq ki, mənim slavyan xarici görünüşüm özünü bəlli edir.Bəlkə ona görədir ki, mən həmişə gürcü dilində danışıram.Ya da ona görə ki, gürcülər ümumilikdə aqressiv insanlar deyillər və tərbiyəlidirlər.Hər halda Tbilisidə belədir. Ümumiyyətlə, məndə heç vaxt bu müharibəyə görə problem olmayıb. Amma ən təəccüblüsü 2008-ci il hadisələrindən sonra da burada rus turistləri görməkdir. Mənim Rusiyadakı dostlarm da tez-tez gəlir.Bizə ümid etmək qalır ki, ölkədə vəziyyət daha da yaxşılaşacaq.Ərzaqlar çox bahadır, işədüzəlmədə problemlər qalır.Bir çoxları ancaq küçə ticarəti hesabına yaşayır.Bu müddətdə mənim nəvələrim olub.Onların valideynləri hər yay bizə qonaq gəlirlər.Mən nəvələrimə bütün millətlərə hörmət hissi aşılayıram, eyni zamanda Gürcüstan və Rusiyanın tarixinə.Hər iki xalqın böyük tarixi keçmişi, mədəniyyəti var. Ancaq təəssüf ki, onlar tez-tez bunu unudurlar.Uzun sözün qısası, mən 90-cə illərdə aldığım 2 tapançanı hələ də tullamamışam. Hər ehtimala qarşı...”  





Həftənin ən çox oxunanları