Yuxarı

FETÖ yeni lider seçdi: Fətullah Gülənin yerini tutacaq şəxs açıqlandı

FETÖ yeni lider seçdi: Fətullah Gülənin yerini tutacaq şəxs açıqlandı

Türkiyədə çevriliş cəhdindən sonra FETÖ-də Fətullah Gülənin Türkiyəyə qaytarılması, ya da səhhətində problem yaranacağı təqdirdə təşkilatı idarə edəcək şəxsi təyin etməyə çalışırlar.  Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, Gülənə ən yaxın qrupda yer alan Mehmet Ali Şengül, Cevdet Türkyolu, Osman Şimşek və Ahmet Kurucan namizədliyi müzakirə edilir. Qruplar Şengülün yeni lider kimi önə çıxdığı düşüncəsindədir. FETÖ-nün bütün fəaliyyətlərini yaxından izləyən xüsusi xidmət orqanlarının apardığı təhlillər sonrası hazırlanan hesabatda təşkilatın çözülmə prosesinin qarşısını almaq üçün fəaliyyətə başladığı ortaya çıxıb. Hesabatda həbs olunan və ya təşkilata arxa çevirənlərin yerinin doldurulması üçün təşkilatın molla qrupuna yeni üzvlərin seçildiyinə diqqət çəkilib. Həbs olunan təşkilat üzvlərinin ifadə verərək, etiraf etmiş şəxs olmasının qarşısını almaq üçün də iş aparıldığı hesabatda yer alıb. Buna görə hər həbsxanada imam təyin edən təşkilat bu imamlar vasitəsilə “motivasiya" işi aparır. FETÖ üzvlərinin kütləvi halda namaz qılaraq başda prezident Tayyib Ərdoğana olmaqla "qarğış seansları” etdikləri də bildirilib. Xüsusi xidmət orqanları tərəfindən hazırlanan hesabatda vurğulanır ki, təşkilat rəhbərləri əsas heyətə səbrli olmaları ilə bağlı çağırış edib. Məhbus təşkilat üzvlərinə də ən gec 2 ay ərzində azad ediləcəkləri barədə məlumat göndərilib. Beləliklə, təşkilatda etirafın qarşısını almaq üçün iş aparıldığı qeyd edilib. Məcid





Həftənin ən çox oxunanları