Yuxarı

Mer "DQR"in tanınması bəyatını geri götürdü

Mer

Erməni mənbələri bir neçə gün əvvəl Kolorado ştatının Denver şəhərinin meri Maykl Hənkok tərəfindən Ermənistan Respublikasının müstəqillik gününə həsr olunmuş Proklamasiyada (rəsmi yazılı bəyanat) Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma rejimə istinad edilərək onun Denver şəhəri tərəfindən tanındığı barədə məlumat yayıb. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Bu gün daxil olan məlumata görə bu xəbərlərdən sonra Denver şəhərinin meri M.Hənkok məsələyə dair obyektiv informasiya və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlə tanış olduqdan, həmçinin qondarma rejimin dünyada heç bir ölkə, o cümlədən ABŞ tərəfindən tanınmadığı barədə öyrəndikdən sonra həmin Proklamasiyanı ləğv etmiş və onun mətnindən qondarma “DQR”-ə bütün istinadları çıxararaq yeni versiyasını imzalayaraq yayıb. Qeyd edək ki, ABŞ qanunvericiliyinə uyğun olaraq xarici siyasətə aid olan məsələlərə dair qərarların verilməsi yalnız federal hakimiyyətin səlahiyyətindədir. Buna baxmayaraq erməni diasporası və çoxsaylı lobbiçiləri ayrı-ayrı ştatlar və hətta şəhərlərin yerli hakimiyyətlərində, onların xarici siyasətlə bağlı kifayət qədər məlumatlı olmadıqlarından istifadə etməyə çalışaraq, bu kimi təxribatlara əl atma strategiyasını davam edir. Bu dəfə olduğu kimi əksər hallarda erməni yalanı ifşa olunur və həmin sənədlər ya qəbul olunmur ya da sonradan ləğv edilir.  





Həftənin ən çox oxunanları