Yuxarı

Hillari Klintonun seçki qərargahına hücum

Hillari Klintonun seçki qərargahına hücum

ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun seçki qərargahının Twitter hesabına haker hücumu olub. Cebhe.info xəbər verir ki, qərargahın rəhbərinin sosial şəbəkədəki hesabı sındırılıb. “The Hill” qəzetinin yazdığına görə, səhifədə Donald Trampı təbliğ edən status yerləşdirilib: “Mən komandanı dəyişmişəm.  Trampa səs verin”. Qeyd edək ki, Klintonun seçki qərargahının rəhbəri Rusiyaya qarşı kəskin çıxışları ilə seçilib. O, səhifəsinə haker hücumunda rusiyalı hakerləri günahlandırılıb. Con Podesta Hillari Klintonun seçki qərargahına 2016 –çı ilin fevralından rəhbərlik edir. Bundan əvvəl isə o, prezident Barak Obamanın müşaviri olub. 1993-1995-ci illərdə isə o, Amerika lideri Bill Klintonun köməkçisi vəzifəsini daşıyıb.  





Həftənin ən çox oxunanları