Yuxarı

Baş nazir özünə siyasi divident yığır: amnistiya aktı qəbul olundu

Baş nazir özünə siyasi divident yığır: amnistiya aktı qəbul olundu

Özbəkistan parlamenti baş nazir, prezidentliyə namizəd Şövkət Mirziyoyevin amnistiya aktını qəbul edib. Cebhe.info xəbər verir ki, 8 dekabr Konstitusiya günü ərəfəsində qəbul edilən amnistiya aktı bəzi qruplardan olan məhbusların  əvf edilməsi, cəzasının azaldılması nəzərdə tutulur. Aktın icrası üçün ancaq Senatda qəbul edilməsi kifayətdir. Amnistiya aktı cinayəti törədən zaman 18 yaşı tamam olmayan qadınlara, eləcə də 60 yaşdan yuxarı məhbuslara, xarici ölkələrin vətəndaşlarına, əlil məhbuslara şamil ediləcək. Hələlik Amnistiya aktı ilə azadlığa buraxılacaq şəxslərin sayı tam məlum deyil. Eskpertlər Mirziyoyevin amnistiya təşəbbüsünü ölkədə müxtəlif siyasi düşüncəli insanlar arasında rəğbət qazanmaq niyyəti ilə izah edirlər.





Həftənin ən çox oxunanları