Yuxarı

6 ildən sonra ilk: İsrail nazirini göndərd

6 ildən sonra ilk: İsrail nazirini göndərd

İsrail və Türkiyə arasında buzların əriməyə başlaması ilə qarşılıqlı səfərlər də başlayıb. Cebhe.info xəbər verir ki, israilin enerji naziri Yuval Steinitz Türkiyəyə gəlib. Steinitzin səfərilə 6 il aradan sonra ilk dəfə İsraildən nazirlər səviyyəsində bir səlahiyyətli Türkiyəyə gəlmiş olub. Nazir Steinitz 23-cü Dünya Enerji Konqresində "Aralıq dənizində yeni bir mənzərə" başlıqlı çıxış edəcək. Nazir Steinitzin konqresdə edəcəyi çıxışdan sonra Enerji və Təbii Ehtiyatlar Naziri Berat Albayrak ilə ikitərəfli görüş baş tutacağı açıqlanıb. Görüş çərçivəsində iki ölkə arasında enerji əməkdaşlığı məsələsinin gündəmə gəlməsi gözlənilir. Türk hava yollarına aid bir təyyarə ilə Təl-Əvivdən İstanbula gələn İsrailin enerji naziri Yuval Steinitzi Atatürk Hava Limanında israilli rəsmilər tərəfindən qarşılanıb. Qeyd edək ki, İsrail ilə 2010-ci ildə baş verən Mavi Mərmərə böhranından sonra münasibətlərin normallaşdırılması üçün bu il iyulun sonunda müqavilə imzalanmışdı. Məcid  





Həftənin ən çox oxunanları