Yuxarı

Milyarderin xanımı qadınlara sataşan ərinin müdafiəsinə qalxdı

Milyarderin xanımı qadınlara sataşan ərinin müdafiəsinə qalxdı

ABŞ-da prezidentliyə namizəd Donald Trampın qadınlara sataşması barədə informasiyaların yayılması ilə başlayan qalmaqala namizədin xanımı Mileniya Tramp da qoşulub. Cebhe.info xəbər verir ki, M.Tramp ərinin jurnalist Nataşa Stroynoffa sataşması barədə məlumat yayan “People” jurnalından təkzib tələb edib. Bildirib ki, əgər təkzib verilməsə, o, məhkəməyə müraciət edəcək.   Xanım Tramp bildirib ki, jurnalın yazdıqları həqiqəti əks etdirmir və  24 saat müddətində təkzib verilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacaq. Ancaq jurnal öz əməkdaşının dediklərinin təkzibə ehtiyacı olmadığı düşüncəsindədir. Qeyd edək ki, jurnalist Nataşa Stroynoff Trampın malikanəsində belə bir hərəkətlə üzləşdiyini bildirmişdi. Onun iddiasına görə, arvadı Mileniya otaqdan çıxan kimi Donald Tramp ona qarşı əl hərəkətləri edib və jurnalistin sinəsinə toxunmağa çalışıb. Bu, milyarder namizədin qadınlarla bağlı ilk qalmaqalı deyil. Bundan əvvəl də iki qadın Trampın onlara sataşdığını bildirib və bundan sonra namizəd məhkəməyə müraciət edib.  





Həftənin ən çox oxunanları