Yuxarı

General əmin etdi: “Rusiya ilə müharibə ölümcül və 60 ilin ən böyük döyüşü olacaq"

General əmin etdi: “Rusiya ilə müharibə ölümcül və 60 ilin ən böyük döyüşü olacaq

Rusiya ilə müharibə son 60 ilin ən masştablı müharibəsi olacaq. Cebhe.info xəbər verir ki, amerikalı generallar bu fikirdədir. “The Independent” yazır ki, amerikalı generallar Çin və ya Rusiya ilə müharibəyə artıq olacaq iş kimi baxır və onun tez, ölümcül və son 60 ildə ən geniş müsştablı müharibə olacağını güman edir. General- mayor Uilyam Hiksin fikrincə, sünu intellekt və müxtəlif növ silahların avtomatlaşdırılmış idarə sistemi müharibənin axışını tezləşdirəcək: “Gələcəkdə maşınların qərar qəbul etmə sürəti bizim onları idarə etmə imkanlarımızla eyni deyil. Bu da insanlarla maşınlar arasında yeni əlaqələri diktə edir”. General həmçinin bildirib ki, Rusiya və Çinin texnoloji nailiyyətləri Ağ Evi də belə masştablı müharibəyə hazırlaşmağa vadar edib: “Koreya müharibəsindən bəri ABŞ-ın Quru Qoşunları belə masştablı hərbi əməliyyatla üz-üzə olmayıb”. Xatırladaq ki, general-leytenant Cozef Anderson da ABŞ-a hərbi sahədə rəqib olan dövlətlərin Qərb üçün potensial təhlükə olduğunu bildirmişdi. Quru Qoşunlarının qərargah rəisi general Mark Millinin fikrincə isə, belə müharibə demək olar ki, artıq zərurətdir: “ABŞ-ın rəqibləri havada Amerika mövcudluğuna son qoya və ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə müharibə meydanına çatmağa imkan verməyə bilərlər. Buna görə də Quru Qoşunlarına hərbi dəniz və hərbi hava qüvvələrindən istifadə üçün şərait yaratmaq lazımdır. Bununla yanaşı onlar kiberməkanda müharibəyə hazır olmalıdırlar. Həmçinin rabitə və naviqasiya sistemi olmadan da döyüşməyə hazır olmaq lazımdır”. Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kibri Rusiya ilə bağlı çıxışında “Moskva  Suriyadakı münaqişəyə son qoymayacağı təqdirdə hərbçilərinin cəsədlərini kisədə vətənə göndərməyə və resurslarını xərcləməyə davam edəcək” deyə bildirmişdi.  Həmçinin qeyd etmişdi ki, münaqişə bu templə davam edəcəyi təqdirdə ekstremistlər Rusiya şəhərlərinə hücum üçün yaranan şəraitdən istifadə edə bilərlər. Həmçinin daha çox rus təyyarələri vurulacaq.  





Həftənin ən çox oxunanları