Yuxarı

FETÖ-nün gizlinləri: “Gülənin artıq qalan çayını içmək üçün növbəyə dururdular”

FETÖ-nün gizlinləri: “Gülənin artıq qalan çayını içmək üçün növbəyə dururdular”

İzmir Prokurorluğunun Fətullahçı Terror Təşkilatına qarşı hazırladığı iddianamədə təşkilat üzvlərinin xürafatları ilə bağlı detallar əks olunub. Cebhe.info xəbər verir ki, İzmirdə FETÖ-ya qarşı hazırlanan iddianamədə təşkilat üzvlərinin “Gülənin içdiyi suyu içmək üçün sıraya girdikləri” kimi təəccüblü ifadələr yer alıb. İzmir prokuroru Ayhan Yılmazın FETÖ-yə qarşı istintaq prosesindəki çıxışında təşkilat lideri Fətullah Gülənin yaşadığı Pensilvanyaya külli miqdarda qızıl daşınması iddia edilən üç nəfər şübhəli haqqında bilgilərə, eləcə də təşkilatın "sosial-mədəni, zehni quruluşu" ilə "kəşfiyyat şəbəkəsi və qeyri-qanuni fəaliyyəti"nə yer verilib. İddianamədə təşkilata üzvlüklə bağlı hər hansı bir meyarın olmadığı, hər cür etnik kökəndən ibarət insanların, fərqli qrupların, ateist, yəhudi, ya da xristianların təşkilat içərisində yer tapa biləcəyi açıqlanıb. Təşkilata qəbul edilənlərin cinayət işləmiş olub- olmamaları da əhəmiyət kəsb etməyib. İddianamədə təşkilat üzvləri içərisində cinayət işləyənlərlə bağlı onların dini öhdəlikləri yerinə yetirməsi və ya “Quran-ı Kərim”in qadağan etdiyi hərəkətlərdən qaçmasından çox, pulun prioritet götürüldüyü qeyd olunub. Təşkilat mənsubları "fövqəlbəşər bir varlıq" olaraq qəbul etdikləri Gülənin yeməyi və ya suyunu, içkisini belə qeyri-adi hesab edib: “Təşkilat üzvləri onun içdiyi çay və ya suyun artığını içmək üçün növbəyə girər və ona sitayiş edərlər. Əsas şərt budur ki, kimsə dinə iman etmədiyi təqdirdə təşkilata gerçək üzv ola bilməz, ya da onların ifadəsi iman etmiş sayılmaz”. Təşkilatın kəşfiyyat şəbəkəsi və qeyri-qanuni təşkilatlanması haqqındakı məlumatların əks olunduğu iddianamədə təşkilatın ciddi bir kəşfiyyat şəbəkəsinə sahib olduğu, ictimai təşkilatlarda çalışan FETÖ mənsublarının əldə etdiyi məlumat və sənədləri təşkilata ötürdüyü qeyd edilib. İddianamədə FETÖ-yə mənsub olmayan ictimai işçilərə haqsız yerə bəzi inzibati cəzalar verilildiyi, onlar haqqında iddialar irəli sürülməklə əhəmiyyətli vəzifələrə gəlmələrinə maneə törədildiyi, təşkilatın şəxslər haqqındakı istintaq materialları və səs qeydlərinin ictimaiyyətə sızdırıldığı da yer alıb. Dövlətin gizli məlumat və sənədlərinin nəşr olunması, dövlətin gizli arxivlərində saxlanan məlumat və sənədlərin üzə çıxarılması və yayılmasına da rast gəlinir. Alçina Amilqızı





Həftənin ən çox oxunanları