Yuxarı

"Qarabağ dramı” Türkiyəyə ayaq açıb

Dünyada kağız və metal pul kolleksiyası yığmaq bəzilərinin hobbisinə çevrilib. Əsasən də milyonçu kolleksionerlər istədikləri pul üçün istənilən qədər vəsait ödəməyə hazırdırlar. Qardaş Türkiyədə də pul kolleksionerləri kifayət qədərdir. Buna görə də Türkiyə internet məkanda kolleksionerlərin alış-verişi üçün bir çox saytlar mövcuddur. 

Cebhe.info xəbər verir ki, belə saytlardan birində dünya ölkələri sırasına qondarma "Qarabağ Respublikası" da əlavə olunub və saxta ölkəyə məxsus qondarma kağız pullar satışa çıxarılıb. Hər zaman Rusiya, İran və Qərb ölkələrinin ermənipərəst fəaliyyətlərini görmüşük, ancaq türk dövlətinə aid hər hansı bir təşkilatın belə bir iş tutması arzuolunan deyil.

Saytda pulların istifadəçilər və ya sayt adminstrasiyası tərəfindən satışa çıxarıldığı bəlli deyil. Ünvan kimi Türkiyənin Adana şəhəri göstərilən saytda ölkələr siyasında "Karabağ" sözünü görmək olar. "DAĞLIK KARABAĞ" və "DRAM" sözləri ilə başlıq yazılan pullar Türkiyə lirəsi ilə satılır.

Məcid Həsənli






Həftənin ən çox oxunanları